Əsas Səhifə > Gündəm, Manşet > BƏRDƏDƏ ƏLİLİN TORPAQ SAHƏSİNİ KİMLƏR ƏLƏ KEÇİRİB?

BƏRDƏDƏ ƏLİLİN TORPAQ SAHƏSİNİ KİMLƏR ƏLƏ KEÇİRİB?


30-04-2013, 10:14
BƏRDƏDƏ ƏLİLİN TORPAQ SAHƏSİNİ KİMLƏR ƏLƏ KEÇİRİB?
HEYDƏR ƏLİYEVİN DÖVRÜNDƏ VERİLƏN TORPAĞI RÜŞVƏTLƏ SATIBLAR

DİA.AZ: - Laçın rayon Budaqdərə kənd sakini, birinci qrup Qarabağ müharibəsi əlili, hazırda Bərdə rayon Qaratəpə kəndində yaşayan Əzizov Əziz Əvəz oğlu prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir:

“Yazaraq bildirmək istəyirəm ki, mən birinci qrup Qarabağ müharibəsi əliliyəm. Uzun müddət Qarabağ döyüşlərində iştirak etmişəm. Lakin gedən döyüşlərin birində 1992-ci ildə Akif Kərimovla birgə döyüş zamanı gözümü itirdikdən sonra hərbidən aralanmışam və məlum səbəbdən köçkün düşən zaman biz də 15 nəfər ailə üzvümlə məcburi köçkün kimi Bərdə rayon Qaratəpə kəndində məskünlamışıq.

2000-ci ildə mərhüm prezdent, ulu öndər Heydər Əliyevə bir Qarabağ əlili olarq mənə heyvandarlıqı inkişaf etdirmək üçün torpaq sahəsi verilməsi üçün müraciət etdim. Ulu öndər həmin vaxt mənə 12 hetar torpaq sahəsi verilməsi üçün Bərdə rayon icra hakimiyyətinə göstəriş verdi və həmin zaman Bərdə RİH başçısı olan E.Allahverdiyevin sərəncamı ilə 2000-ci ildə mənə və 12 baş ailə üzvümə 12 hektar torpaq sahəsi istifadəmiz üçün mülkiyyətimizə verildi.

Həmin vaxtdan verilən əkin sahələrin əkib becərərək ilə üzvlərimi doloandırmaqla məşğulam. Lakin son bir ildir ki, yerli icra qurumları, xüsusən də rayon Torpaq və Xəritəçəkmə komitəsinin yerli şöbəsinin sədiri Həsən Həsənov birləşərək, ulu öndərin mənə verdiyi torpaq sahəsini rüşvət alaraq Qaratəpə kənd sakini Musa Abbasova satıb və indi də həmin torpaq sahəsini mənim əlimdən almağa çalışırlar

Cənab prezdent. Mən bu gün 15 nəfər ailə üzvümü həmin torpaq sahəsini əkib-becərərək saxlayıram. Sizin kənd təsərüfatını inkişaf etdirmək üçün milyardlarla pul ayırdığınız bir zamanda Bərdədə yerli məmurlar sizin atdığınız adımların əksinə gedirlər. Həm də mənə məırhum prezidentimizin göztərişi ilə verilmiş torpaq sahəsini əlimdən almağa çalışırlar.

Xahiş edirəm məni Bərdədəki harınlamış məmurların zülmündən qoruyasınız”.

Geri qayıt