Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ REKTORUN 1 MİLYON MANATI QAYTARILIB
KEÇMİŞ REKTORUN 1 MİLYON MANATI QAYTARILIB30-04-2013, 09:39 |
GÜLƏR ƏHMƏDOVANIN AZADLIĞA BURAXILMASI YOLUNDA DAHA BİR ADDIM DİA.AZ: - Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolarla bağlı həbs edilən Gülər Əhmədova barəsində ilginc infornasiya almışıq. DİA.AZ bildirir ki, bu barədə “bizimxeber” tərəfindən məlumat yayılıb. Portala daxil olan məlumata görə, Elşad Abdullayevin videolarında haqqında bəhs edilən 1 milyon manat qaytaılıb. Məlumata görə, hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın adından Abdullayevə 1 milyon manatı verilib. Həmin pulun kimin əli ilə və kimin vasitəsilə qaytarıldığı barədə dəqiq informasiya olmasa da, pulun qaytarıldığı dəqiqdir. Məlumatı verən qaynağın bildirdiyinə görə, son günlər keçmiş deputatın müdafiəsinə əlavə vəkillərin qoşulması, Gülər Əhmədovanın mediaya müsahibəsində səsləndirdiyi fikirlər, nəhayət onun səhhətinin ağırlaşması barədə informasiyalar, onun azadlığa buraxılmasına hesablanmış addımlardır. Məlumata görə, 1 milyonun qaytarılmasından sonra bu addımlara start verilib və yaxın günlərdə Gülər Əhmədovanın xəstəlik adı ilə həbsdən çıxmasına şahid ola bilərik. Geri qayıt |