Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV GÜLƏR ƏHMƏDOVANI AZAD ETDİRİR

RAMİZ MEHDİYEV GÜLƏR ƏHMƏDOVANI AZAD ETDİRİR


29-04-2013, 17:41
RAMİZ MEHDİYEV GÜLƏR ƏHMƏDOVANI AZAD ETDİRİR
DİA.AZ: - Məlum olduğu kimi, həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin rəhbəri Fuad Ələsgərov, daxili işlər, ədliyyə nazirlərinə, Bakı şəhər prokuroru Əziz Seyidova, ombudsman Elmira Süleymanovaya, Heydər Əliyev Fonduna, Milli Məclisin sədri Oqtay Əsədova müraciət edib.

Bu barədə KİV-lərə məlumat verən Ə. Talıbov bildirib ki, müraciətdə G. Əhmədovanın əsassız olaraq həbsdə saxlanılması və istintaq orqanı tərəfindən hər hansı bir istintaq hərəkətinin aparılmaması qeyd olunub.

Ə. Talıbov eyni zamanda F. Ələsgərova, baş prokuror Zakir Qaralova və Bakı şəhər prokuroru Əziz Seyidova müraciət edərək, onu qəbul etmələrini xahiş etdiyini də bildirib: “Hər üç şəxsə teleqram vurmuşam. Xahiş etmişəm ki, məni qəbul etsinlər, şikayətlərimizi dinləsinlər”.

DİA.AZ-a bu yöndən daxil olan informasiyalardan aydın olur ki, səlində sözügedən müraciətlər də bəlli planın tərkib hissəsidir. Mənbənin söylədikləri: “Yaxın günlərdə Gülər Əhmədova azadlığa çıxacaq. Buna tədarük görürlər. Artıq bu yöndə hərəkətlənmələr ciddi xarakter alıb. Yəni onun həbsi ev dustaqlığı ilə əvəzlənəcək.

Daha sonra isə ittihamlar dəyişdiriləcək. Bunun üçün də müəyyən addımlar atılır. Və Elşad Abdullayevin istintaqla əməkdaşlıq etməməsi sübut kimi götürüləcək”.

Mənbəmiz bildirir ki, Gülər Əhmədovanın azadlığa buraxılması yönündə real addımların atılması son günlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mövqelərinin yenidən möhkəmlənməsilə birbaşa bağlıdır.

Geri qayıt