Əsas Səhifə > Güney Press / Manşet > ŞİMAL MEŞƏLƏRİ HANSI MƏMURUN QAZANC YERİDİR?

ŞİMAL MEŞƏLƏRİ HANSI MƏMURUN QAZANC YERİDİR?


29-04-2013, 16:44
ŞİMAL MEŞƏLƏRİ HANSI MƏMURUN QAZANC YERİDİR?
DİA.AZ: - Ötən günlərdə xəbər vermişdik ki, cənub bölgəsində vinayətkar bir şəbəkə Lerik meşələrinə qənim kəsilib. Bildirək ki, bunun ardından məsələyə Ekologiya və Təbiis Sərvətlər Nazirliyi reaksiya verdi və DİA.AZ-ın açıqladığı faktlar üzrə araşdırma aparıldı. Amma cəzalanan tək meşə gözətçiləri oldu. Rəhbər şəxslərə söz deyən tapılmadı. Həmçinin bu gün də taxta sexlərini meşədən qırılan ağaclarla təmin edən şəxslər məsuliyyətdən kənarda qaldı. Indi isə şimaldakı bərbad durumla bağlı şok faktları diqqətinizə təqdim edirik.

DİA.AZ-a daxil olan məlumatlara görə, Zaqatala bölgəsində meşələrin kütləvi şəkildə qırılması halları müşahidə olunur. Hətta Qaxdakı meşələri qıraraq, onun ağaclarını Zaqatala rayonunda taxta-şalban sexlərində istifadə olunması barədə tutarlı dəlilləri də oxucularımıza təqdim etmişdik.

DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində Qax rayonunda baş verən neqativ hallarla da bağlı məlumatlar verəcəyimizi vurğulamışdıq. Belə ki, bu rayonda Meşə İdarəsinin müdiri işləyən Azad Şəfiyev sözün həqiqi mənasında yaşıllıqların qəniminə çevrilib. Rayon sakinlərinin bildirdiyinə görə, artıq vəziyyət kifayət qədər dözülməz şəkil alıb. Məlumatda vurğulanır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifəyə təyinat almağa çalışan Azad Şəfiyevin meşələri qırdırıması sayəsində bu rayonda onlarla В«praramaВ» fəaliyyət göstərir.

Onları sıralama ilə diqqətinizə çatdırırıq:

- Qarameşədə Faiqin taxta-şalban sexi;
- Köhnə Şəki yolunun üzərində yerləşən Asfalt zavodun yanındakı В«praramaВ». Bu sexin sahibi Həmid adlı şəxsdir. Onun Qax rayon Təmir-Tikinti İdarəsinin müdiri olduğu bildirilir;
-Güllük kəndində Hafiz və Hikmətə məxsus taxta-şalban sexi;
- Qax rayonunun mərkəzində yerləşən Rəhman adlı şəxsə məxsus sex;

Qax rayonunda sıradan çıxarılan və kütləvi şəkildə ağacların qırılması proses həyata keçirilən meşələr isə aşağıdakılardır:
- Əmircan kəndi. Meşənin meşəbəyisi Kərim adlı şəxsdir;
- İbaxlı və Saatlı kənd meşələri: Meşəbəyi Vaqif adlı şəxsdir.
- Ləkid kənd meşələri: Meşəbəyi xalid adlı şəxsdir.

Qeyd edək ki, Qax rayonunda fəaliyyət göstərən ağac emalı sexlərinin əksəriyyətində Azerinfo.az əməkdaşları tərəfindən çəkilişlər aparılıb və fotoşəkillər yaddaşa köçürülüb. Yaxın günlərdə həmin video və fotoşəkilləri də oxucularımıza təqdim edəcəyik.

Onu da nəzərinizə çatdıraq ki, əldə etdiyimiz məlumatlar və aşkarladığımız faktlarla əlaqədar iki dəfə Qax rayon Prokurorluğuna sorğu ilə müraciət etsək də, hər hansı bir cavab verilməyib. Ümid edirik ki, bu dəfə yazdığımız yazıdan sonra rayon prokurorluğu tutarlı addımlar atacaq.

P.S. Qax rayonunda baş verən meşələrin məhvedilməsi prosesi ilə bağlı geniş yazımızı yaxın günlərdə oxuya biləcəksiniz.

P.S.S. Görəsən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin rəhbəri Rövşən Cəlilovun bütün bunlardan xəbəri varmı?

Geri qayıt