Əsas Səhifə > Güney Press / Manşet > YÜKSƏK ÇİNLİ MƏMURUMUZ PULLA ŞANTAJDAN YAYINDI
YÜKSƏK ÇİNLİ MƏMURUMUZ PULLA ŞANTAJDAN YAYINDI29-04-2013, 15:26 |
![]() DİA.AZ: - Vəzifə başında olan yüksək çinli məmurlardan biri bu günlərdə təhdid olunub. Bu ilginc məlumatı DİA.AZ-a verən mənbə iddia edir ki, təhdid olunan məmura qarşı çox ciddi faktlar var və məcburiyyət qarşısında qalan, vəzifəsindən alınması bir yana, ictimaiyyət qarşısında tamamən biabır olacağından ehtiyatlanan məmurumuzi külli miqdarda pul verməklə, hədəf olmaqdan yayına bilib. Xatırladaq ki, zaman-zaman məmurlarımızın müxtəlif üsullarla təhdid və şantaj olunmaları haqda informasiyalar yayılıb. Ən böyük təhdidçilərdən biri kimi tanınan Hacı Məmmədov həbsxanada olsa da, keçmiş ABU rektoru Elşad Abdullayevin qardaşının itkin düşməsilə əlaqədar müşahidə olunan olaylar da təsdiqləyir ki, hələ də azadlıqda böyük bir şəbəkə var ki, bu şəbəkə üzvləri əsasən imkanlı məmurları, iş adamlarını təşdid etməklə böyük pullar əldə edirlər. Məlumatı verən mənbəmiz isə bildirir ki, bu günlərdə təhdid olunaraq külli miqdarda pulunu itirən məmurumuz yaxın ətrafına belə olayla bağlı susmağı bərk-bərk tapşırıb: В«Hətta bu barədə məlumatların yayılmaması üçün də rüşvət verməyə hazırdır. Çox güman əleyhinə olan faktların şiddəti onu bu vəziyyətə salıbВ». Qeyd edək ki, həmin məmurun kimliylə bağlı mənbəmiz sussa da, yalnız bir məqamı açıqladı: В«Bu adam yaxın günlərdə vəzifəsini onsuz da itirəcək. Sadəcə olaraq, onun vəzifədən gedəcəyini bilən məlum şəbəkə bəri-başdan В«müəllimiВ» soymaq qərarına gəliblər və istəklərinə çatıblarВ». Geri qayıt |