Əsas Səhifə > Gündəm, Manşet > SİYƏZƏN: CƏBHƏ BÖLGƏSİNDƏN UZAQ MÜHARİBƏ ŞƏRAİTİ

SİYƏZƏN: CƏBHƏ BÖLGƏSİNDƏN UZAQ MÜHARİBƏ ŞƏRAİTİ


29-04-2013, 09:42
SİYƏZƏN: CƏBHƏ BÖLGƏSİNDƏN UZAQ MÜHARİBƏ ŞƏRAİTİ
KÜÇƏLƏRİ QAIZLMIŞ BU RAYON DÜŞMƏNLƏ ÜZ-ÜZƏ SƏNGƏRİ XATIRLADIR

DİA.AZ: - Rayonun girəcəyindən bəlli olur ki, Siyəzəndə vəziyyət necədir. Palçıq yollar, rayon mərkəzinə oxşamayan vəziyyət və qazılmış küçələr bizi qarşılayan ilk mənzərələrdir. Bir qədər irəliyə getdikdən sonra sanki döyüş meydanında olduğunu zənn edirsən. Çünki küçələr hər yerdən qazılıb və səngərə bənzəyən durum insanların əsəbləri ilə oynayır.

Qəribə haldır ki, yolların qazılmasına səbəb kanalizasiya xəttinin quraşdırılması ilə bağlı olsa da, proses 1 ildir başa çatmır. Dövlət büdcəsindən ayrılmış pulların bu işə sərf olunmasına gəldikdə isə deyilənlər inandırıcı görünmür. Çünki bu qədər pulla nəinki kanalizasiya sistemini qurmaq olardı, hətta Siyəzəni yenidən tikmək mümkün idi. Özü də ki, bu pulların deyilən işə sərf olunduğu da şübhə altındadır.

Səbəb? Səbəbi bizim gördüyümüz bir başqa maraqlı faktdır. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Siyəzən rayon İcra Hakimiyyətində tikinti işlərinə nəzarəti həyata keçirən şöbə və müavinlərin «borc» və «nisyə» dəftərləri var. Və maraqlı odur ki, bu dəftərlər açıq şəkildə masanın üzərində olur.
SİYƏZƏN: CƏBHƏ BÖLGƏSİNDƏN UZAQ MÜHARİBƏ ŞƏRAİTİ
SİYƏZƏN: CƏBHƏ BÖLGƏSİNDƏN UZAQ MÜHARİBƏ ŞƏRAİTİ
SİYƏZƏN: CƏBHƏ BÖLGƏSİNDƏN UZAQ MÜHARİBƏ ŞƏRAİTİ

Həmin dəftərlərdə isə rayonun abadlaşdırılması üçün pul alınan və alınması nəzərdə tutulan idarə, müəssisə və yerli şirkətlərin adları qeyd olunub. Belə ki, İcra Hakimiyyəti Siyəzəndə həyata keçirilən abadlıq və yenidənqurma işlərinin pullarını sahibkarlardan və dövlət idarələrindən alır. Bu pulu verə bilməyən və ya yubadanların adları isə «nisyə» dəftərinə yazılır. Orada olduğumuz zaman həmin dəftərdə bir neçə idarə və müəssisənin adını, o cümlədən «Siyəzən Broyler»in adını gördükdə təəccübümüz daha da artdı. Hər halda özəl şirkətin də prosesə cəlb edilməsi çox qəribəydi.

DİA.AZ bildirir ki, yaranmış situasiyadan rayon sakinləri də şikayətçidirlər. Onlar deyirlər ki, yaşamaq üçün Siyəzəndə normal şərait yoxdur. Sakinlər bildirir ki, iş yerlərinin olmaması, güzaranlarını qurmaq üçün şəraitin qeyri-mümkünlüyü və ən əsasə məmur özbaşınalığının ən yüksək həddə çatması rayonda yaşamağı mümkünsüzə çevirib. Siyəzənlilərin bir çoxu çörək dalıyca Rusiyaya getsə də, bir qismi Bakıya üz tutublar. Onların göndərdiyi pullar hesabına bir təhər dolanan rayon camaatı bunun da zaman içində yetərli olmadığını vurğulayırlar. Onlar bildirir ki, bahalıq səbəbindən əldə etdikləıri gəlirlərlə yaşamaq mümkün deyil.

Siyəzənin icra başçısı Arif Qasımov və müvinləri isə iddia edirlər ki, hər şey «gül» kimidir. Onlar kanalizasiya sisteminin də qısa müddətdə başa çatacağını deyirlər. Üstəlik, əhalinin maddi rifahının yaxşı olduğunu vurğulayırlar. Bu azmış kimi, sahibkarlara da geniş şəraitin yaradıldığını söyləyirlər. Hərçənd rayondakı sahibkarlar deyirlər ki, vəziyyətləri ürəkaçan deyil. Çünki rayonun səlahiyyətliləri onlardan vaxtaşırı müxtəlif adlar altında pul tələb edirlər. Hətta kanalizasiyanın qurulmasının pulunun bir qismini də yerli sahibkarlardan aldıqlarına dair məlumatlar mövcuddur.

P.S. Məsələ ilə bağlı adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

Geri qayıt