Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏTƏ AİD MALİYYƏ GÜCLƏRİ BÖYÜK SAVAŞDA
HAKİMİYYƏTƏ AİD MALİYYƏ GÜCLƏRİ BÖYÜK SAVAŞDA27-04-2013, 14:10 |
![]() DİA.AZ: - Redaksiyamıza bu dəqiqələrdə ilginc bir fakt ötürülüb. Hökumət içindəki mötəbər mənbədən əldə etdiyimiz informasiyaya görə, hakimiyyətə aid maliyyə qanadları arasında böyük savaşa start verilib. Qaynağın iddialarına görə, söhbət iqtidara aid iri oliqarx çevrələri arasındakı rəqabətdən gedir. Mənbənin DİA.AZ-a söylədikləri: В«Bu gün hakimiyyətin ətrafında müxtəlif maliyyə qaynaqları şəbəkələri mövcuddur. Hər bir şəbəkə ayrı-ayrılıqda olaraq hansısa iri məmura söykənir. Və ola bilsin ki, bir iri ranqlı çinovnikin əlində bir neçə şəbəkə olsun. Bu tipli maliyyə şəbəkələri hakimiyyətin qeyri-rəsmi layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulubВ». Mənbəmiz bildirir ki, qarşıdan gələn prezident seçkiləri səbəbindən həmin maliyyə şəbəkələrinin işi daha da artmış olur: В«Burada kimsə pul xərcləməkdən çəkinmir. Əksinə, kimin pul xərcləyəcəyi daha önəmlidir. Və bu gün pul xərcləyə bilməsi üçün rəqabət aparan həmin maliyyə şəbəkələri əslində sahiblərinin mövqelərinin nüfuzunun qələbəsinə ümid bəsləyirlər. Yəni hansı şəbəkəyə bu iş həvalə olunacaqsa, həmin şəbəkənin arxasında dayanan qüvvə də seçkilərdən sonrakı müddətdə də əlahiddə mövqedə olacaq. Bu isə onların həm siyasi və həm də maddi maraqlarının əlavə müddətə təminatı anlamını daşıyırВ». Geri qayıt |