Əsas Səhifə > Partiya > MÜXALİFƏTLƏ DİALOQ MƏSƏLƏSİNDƏ PROBLEM YOXDUR

MÜXALİFƏTLƏ DİALOQ MƏSƏLƏSİNDƏ PROBLEM YOXDUR


7-12-2011, 14:37
MÜXALİFƏTLƏ DİALOQ MƏSƏLƏSİNDƏ PROBLEM YOXDUR

HAKİM PARTİYADAN TƏŞƏBBÜS

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədəki müxalifət partiyaları ilə dialoqun keçirilməsində ciddi problem görmür. APA-nın məlumatına görə, bu barədə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, YAP Azərbaycanın ictimai-siyasi həyatındakı aktual problemlərlə bağlı bütün mütərəqqi düşüncəli qurumlarla həmişə dialoqa hazır olub: «YAP dəfələrlə müxalifət təşkilatları ilə müxtəlif səviyyədə dialoqların keçirilməsinin təşəbbüskarı olub. Amma müxalifət tərədən bu məsələyə yanaşma fərqlidir. Bütövlükdə onların yanaşmasında sağlam təfəkkür elementlərinin az olduğu müşahidə edilir. Əgər bu sahədə konstruktivlik olarsa, dialoqun keçirilməsində ciddi problem görmürəm».


Geri qayıt