Əsas Səhifə > Gündəm, Manşet > YAP-ÇI DEPUTATI TƏBRİZİN İMAM-CÜMƏSİ TƏNBEH ETDİ

YAP-ÇI DEPUTATI TƏBRİZİN İMAM-CÜMƏSİ TƏNBEH ETDİ


27-04-2013, 11:37
YAP-ÇI DEPUTATI TƏBRİZİN İMAM-CÜMƏSİ TƏNBEH ETDİ
«BU HƏRƏKƏTLƏR MÜSƏLMANLARIN DUYĞULARINI YARALAYIR»

DİA.AZ: - Keçən günlərdə YAP-çı deputat Siyavuş Novruzovun Azərbaycanda fahişəliyin leqallaşdırılması ilə bağlı Milli Məclisdə etdiyi təklif fars-molla rejiminin ölkəmizin üzərinə yeriməsi üçün bir bəhanə rolunu oynayıb.

DİA.AZ bildirir ki, bu dəfə fars millətçilərinin sıradan nökəri funksiyasını daşıyan Təbrizin imam-cüməsi Siyavuş Novruzovun təklifinə istinad edərək bütünlükdə olaraq Azərbaycan dövlətini ittiham edib. İranın xüsusi xidmət orqanlarının antiAzərbaycan ruhlu «AranNews» portalında yer almış həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

«Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri bu həftəki cümə namazının ikinci xütbəsində həzrət Fatimənin (ə) mövludunun yaxınlaşmasına işarə edərək dedi: "İslam Peyğəmbərinin (s) əziz qızının həyatından örnək götürməli ən önəmli məsələ İslam mədəniyyətində hicaba əhəmiyyət verilməsidir. Heyif ki, bu günləri bəzi İslam ölkələrində, o cümlədən Azərbaycan Respublikasında buna əhəmiyyət verilməməsindən əlavə, dövlətin bu zəruri məsələ ilə mübarizə aparmasının şahidiyik ".

Azərbaycan dövlətinin öz siyasətlərində İslam göstərişlərinin əvəzinə ABŞ və İsraildən itaət etməsinin çox təəssüflü olduğunu bildirən imam cümə artırıb: "Hazırda bu ölkədə hicab qadağasına etiraz etməsinə görə həbsə alınanların sayı 200-ə çatır. Bu İslam ölkəsinə yaraşmır".

Ayətullah Şəbüstəri Azərbaycan Milli Məclisinin bəzi deputatlarının fahişəliyin leqallaşdırılması təklifinə toxunaraq dedi: "Belə hərəkətlər müsəlmanların duyğularını yaralayır".

Şiə dünyasının ilk paytaxtının imam cüməsi həmçinin Azərbaycan dövlətinin öz islamofobiya siyasətlərinə son qoyacağına ümid etdiyini bildirdi».

Geri qayıt