Əsas Səhifə > Cəmiyyət, Manşet > RUSİYA BİZƏ QARŞI DƏHŞƏTLİ PLAN HAZIRLAYIR

RUSİYA BİZƏ QARŞI DƏHŞƏTLİ PLAN HAZIRLAYIR


26-04-2013, 15:08
RUSİYA BİZƏ QARŞI DƏHŞƏTLİ PLAN HAZIRLAYIR
VƏHABİLƏRİN BÖYÜK SİLAH-SURSATI ƏLƏ KEÇİRİLİB

DİA.AZ: - «Azərbaycanda bir sıra təriqətlərin seçkiqabağı dönəmdə fəallaşacağı gözlənilir. Bu işdə isə birbaşa olaraq maraqlı tərəf Kremldir. Artıq Dağıstanda təlim keçmiş bəzi vəhabilərin Azərbaycana daxil olması haqda məlumatlar var». Bu şok məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələ ötürüb.

Qaynaq iddia edir ki, hələ də rəsmi Bakı ilə münasibətlərini qaydasına sala bilməyən Rusiya Azərbaycanı istədiyi zolağa gətirə bilməsi üçün müxtəlif təxribat planlarının icrasında maraqlıdır ki, bunların da başında gələni həm dini və həm də etnik separatizmin süni şəkildə qızışdırılmasıdır.

Mənbəyə görə, davamlı olaraq Rusiyadan Azərbaycana silah-sursatın keçirilməsi xəbəri rəsmən yayılır: «Bunlar təsadüfi deyil. Əslində bu xəbərləri ictimailəşdirərkən ehtiyatlılıq hiss olunur. Ələ keçirilən silahların heç də hamısı elan olunmur. Təkcə bir ay əvvəl Rusiyadan Azərbaycana bir yük maşınının baqaj hissəsində 40-a yaxın «Kalaşnikov» avtomatı və 30 mindən artıq avtomat gülləsi ələ keçirilib. Bu silah-sursatın isə Azərbaycandakı ünvanı məhz Rusiyada təlim görmüş, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən vəhabilərdir.

Rusiya illərdir ki, ABŞ kəşfiyyatına cavab olaraq özünün vəhabi şəbəkəsini formalaşdırıb və Bostonda baş verən hadisə də bunu sübuta yetirdi. İndi isə eyni eşalonun xidmətlərindən Azərbaycanda istifadə planlaşdırılır. Amma təbii ki, artıq Azərbaycanın bu barədə kifayət qədər məlumatlı olması, həmçinin Azərbaycanla realda da strateji tərəfdaş olan dövlətlərin bu yöndəki dəstəyi Kremlin bir çox planlarının ifşası ilə nəticələnib».

Amma bütün bunlara rəğmən Rusiyanın seçkiqabağı ərəfədə Azərbaycan ərazisində müxtəlif oyunlara gedəcəyini söyləyən mənbəmiz əlavə etdi ki, bu işdə vətəndaşın dövlətin yanında olması ən vacib xüsusatdır.

Geri qayıt