Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK DƏYİŞİKLİK: ELDAR HƏSƏNOV BAŞ NAZİR OLACAQ

ŞOK DƏYİŞİKLİK: ELDAR HƏSƏNOV BAŞ NAZİR OLACAQ


26-04-2013, 14:27
ŞOK DƏYİŞİKLİK: ELDAR HƏSƏNOV BAŞ NAZİR OLACAQ
NAZİRLƏR KABİNETİ FÖVQƏLADƏ TOPLANIR

DİA.AZ: - Redaksiyamıza hakimiyyət daxilində sürpriz kadr dəyişikliyi ilə bağlı məlumat daxil olub. Mötəbər mənbədən DİA.AZ-a ötürülən informasiyaya görə, yaxın günlərdə Nazirlər Kabinetinin fövqəladə toplantısı gözlənilir. Toplantıda məqsəd kabinetlə bağlı nəzərdə tutulan rəhbər dəyişikliyi və həmçinin, kabinetdə islahatların həyata keçirilməsinin müzakirəsi olacaq.

Mənbəmizin sözlərinə görə, buna qədərsə, baş nazir postuna dəyişiklik ediləcək: «Artur Rəsizadənin görəvdən alınması üçün prosedurlar həyata keçirilir. Bu proses olduqca qapalı şəraitdə yürüdülür. Və əksəriyyət bundan məlumatsızdır. Yalnız vacib fiqurlar bilgilidir».

Mənbəmiz bildirir ki, baş nazir postuna gözlənilənlərin əksinə olaraq nə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nə də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev gətirilmir: «Bu bir çoxları üçün sürpriz qərar olacaq. Keçmiş baş prokuror Eldar Həsənovun baş nazir təyin edilməsi gündəmdədir. Hələlik müzakirə gedir. Qəti qərar verilmiş hesab oluna bilməz. Amma onun baş nazir gətirilməsi barədə məlumatlar iqtidara aid bir çox çevrələrə də sızdırılıb».

Xatırladaq ki, Eldar Həsənov öz xahişi ilə bu günlərdə Rumıniyadakı səfir postundan alınıb. Onun digər səfir səlahiyyətlərinin də alınacağı söylənilir.

Geri qayıt