Əsas Səhifə > Hadisə > MASAZIRDA HƏYƏCANLI DURUM

MASAZIRDA HƏYƏCANLI DURUM


26-04-2013, 10:47
MASAZIRDA HƏYƏCANLI DURUM
SON YAĞINTILAR SÜRÜŞMƏNİ GÜCLƏNDİRİB

Son günlər yağan yağışlar nəticəsində Masazırdakı sürüşmə sahəsi daha da genişlənib. Masazır qəsəbəsinin icra nümayəndəsi Şahid Əhmədov APA-ya açıqlamasında deyib ki, yağan yağışlar sürüşmə zonasına öz təsirini göstərib. Onun sözlərinə görə, ötən günlərlə müqayisədə sürüşmə sahəsində 5-10 sm genişlənmə yaranıb: “Həmin ərazidə torpaq uçqunları baş verir. Ərazidə hələlik istinad divarları vurulması prosesi başlamadığına görə, sürüşmənin qarşısını tam almaq mümkün deyil. Sürüşmə zonasının yuxarı hissəsində yerləşən ev hələ də təhlükəli vəziyyətdədir. Son günlər həmin evdə əlavə uçqun qeydə alınmasa da, təhlükə davam edir”.

Ş. Əhmədov qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağışlarla əlaqədar Masazır sürüşmə zonasında görülən işlər 4-5 gündür dayandırılıb. İşlərin nə vaxt davam etdiriləcəyi hələlik məlum deyil.

Geri qayıt