Əsas Səhifə > Hadisə > YASAMAL UŞAQLARI SƏFİRİN MAŞININI DAĞITDILAR

YASAMAL UŞAQLARI SƏFİRİN MAŞININI DAĞITDILAR


26-04-2013, 10:09
YASAMAL UŞAQLARI SƏFİRİN MAŞININI DAĞITDILAR
OĞURLUĞA CƏHD OLSA DA...

Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici ölkə səfirliyinə məxsus avtomobildən oğurluğa cəhd göstərilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 24-ü saat 16:00-dan aprelin 25-i saat 08:30 radələrinədək olan müddətdə naməlum şəxslər Qurtqaşınlı küçəsində saxlanılmış və Səudiyyə Ərəbistanı dövlətinin Azərbaycandakı səfirliyinə məxsus olan “Mercedes S 320” markalı avtomobilin şüşələrini və arxa saxlanc yerini sındırıblar. Oğurluğa cəhd edən şəxslər maşından nəysə götürməyiblər.

Məlumata görə, D 02922 dövlət nömrə nişanlı avtomobil səfirliyin hərbi atteşesi Assiri Ayman Abdullah oğlunun xidməti maşını olub. Hadisə baş verən ərazi yəni Qurtqaşınlı küçəsi 79 ünvanı isə atteşenin sürücüsü Mustafayev Xosrov Sultan oğlunun yaşadığı binanın qarşısıdır.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Geri qayıt