Əsas Səhifə > Cəmiyyət > QƏDDAFİ “AZƏRSUN” HOLDİNQDƏ

QƏDDAFİ “AZƏRSUN” HOLDİNQDƏ


7-12-2011, 12:29
QƏDDAFİ “AZƏRSUN” HOLDİNQDƏ

O, AZƏRBAYCANA TÜRKİYƏDƏN GƏLİBMİŞ

Hər zaman məşhur insanların adlarına cəmiyyətdə böyük maraq olub. Bir çox hallarda valideynlər yeni doğulan övladlarına məşhur siyasi liderlərin, müğənnilərin, aktyorların, nağıl, dastan, teleserial qəhrəmanlarının adlarını veriblər. Məsələn, İraqın keçmiş lideri Səddam Hüseynin məşhur vaxtlarında nəinki ərəb ölkələrində, hətta çox-çox uzaqda yerləşən Azərbaycanda da uşaqlarına Səddam adı qoyanlar vardı.

Modern.az saytı maraqlı bir məlumat əldə edib. Sən demə hazırda Bakıda Qəddafi adlı adam yaşayırmış. Həmin şəxsin soyadı yox ha, adı Qəddafidir. Və bu ad ona Liviyanın məşhur eks-lideri Müəmmər Qəddafinin şərəfinə qoyulub.

Amma bu şəxs, Azərbaycan türkü deyil, osmanlı türküdür. Türkiyədən Azərbaycana işləməyə gəlib.

Türkiyədən olan Qəddafi Toprak hazırda Bakıda yaşayır və “Azersun Holdinq” Şirkətlər Qrupunda yüksək vəzifə tutur.

Modern.az saytının əməkdaşı çətinliklə də olsa, onun əlaqə telefonunu taparaq danışdırıb. Saytımıza acıqlama verən Qəddafi Toprak bildirib ki, vaxtilə onun valideynlərinin Liviyanın devrilərək öldürülmüş lideri Müəmmər Qəddafiyə xüsusi rəğbəti olub. Müsahibimiz deyib ki, 20-30 il öncə Qəddafi öz ölkəsində olduğu kimi, türklər arasında da qəhrəman obrazına malik imiş.

Qəddafi adının ona kimin qoymasına gəlincə həmsöhbətimiz “nənəm” deyə cavab verib. Onun sözlərinə görə, Kıprıs müharibəsində Liviya liderinin türklərə kömək etməsi onu türklərin gözündə ucaldıb.

“Kıprıs müharibəsi zamanı Amerika Türkiyəyə embarqo tətbiq edib. Ancaq Müəmmər Qəddafi bunun əksinə olaraq islam qardaşlarına yardım edib. Nənəm də onun bu hərəkətini yüksək qiymətləndirərərk doğulduğumda mənim adımı Qəddafi qoyub”.

Müsahibimiz “Liviyadakı son hadisələrdən sonra adınızı dəyişməyi düşündünüzmü” sualına “xeyr, bu ağlımdan da keçmədi” deyə cavab verib.


Geri qayıt