Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: YENİ NAZİRƏ SƏLAHİYYƏT VERİLMƏYİB

ŞOK: YENİ NAZİRƏ SƏLAHİYYƏT VERİLMƏYİB


25-04-2013, 15:33
ŞOK: YENİ NAZİRƏ SƏLAHİYYƏT VERİLMƏYİB
DİA.AZ: - В«Misir Mərdanovun yerinə təyin edilən Mikayıl Cabbarovun nazirlikdə dəyişiklik etməsi üçün heç bir səlahiyyəti yoxdur. Hələlik ona belə bir səlahiyyət verilməyibВ». Bu ilginc açıqlamanı DİA.AZ-a son günlər TN-də kadr islahatlarının aparılması ilə bağlı məlumatların yerli KİV-də artmasına münasibət bildirən mənbəmiz söyləyib.

Qaynaq iddia edir ki, yeni nazir yalnız xırda məmurları işdən azad edə bilər: В«Nazirliyin iri məmurları ilə bağlı qərar isə Prezident Administrasiyasının tövsiyyəsindən sonra verilə bilər. Yəni Mikayıl Cabbarov müstəqil şəkildə hansısa nazirlik əməkdaşını işdən azad edə bilməzВ».

Onu da xatırladaq ki, son günlər mətbuatda TN-də kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı xəbərlər geniş vüsət alıb. Mənbəmiz əlavə olaraq bildirdi ki, dəyişikliklər gözlənilir və bu barədə artıq PA-da müəyyən tədarüklər görülməkdədir.

Geri qayıt