Əsas Səhifə > Siyasət, Manşet > VƏHABİLƏR DÖVLƏT KOMİTƏSİNİ İRANA İŞLƏMƏKDƏ SUÇLADI

VƏHABİLƏR DÖVLƏT KOMİTƏSİNİ İRANA İŞLƏMƏKDƏ SUÇLADI


25-04-2013, 10:41
VƏHABİLƏR DÖVLƏT KOMİTƏSİNİ İRANA İŞLƏMƏKDƏ SUÇLADI
ÖZLƏRİNİ «SƏLƏFİ» ADLANDIRANLAR SABAH ƏZƏLƏ NÜMAYİŞ ETDİRƏCƏK

DİA.AZ: - Hər cümə günü öncəsi vəhabilərin Bakıda qarışıqlıq salacağı ilə bağlı xəbərlər yayılır. Elə bu gün də DİA.AZ-ın elektron poçtuna bu qəbildən yeni məlumatlar daxil olub.

Özlərini «sələfi» kimi təqdim edən bir qrupp şəxs adından redaksiyamıza ünvanlanan müraciətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun rəhbərliyi rəsmən ittiham və təhdid olunur.

Müraciətdə deyilir: «Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İranın xüsusi xidmət orqanları ilə iş birliyinə gedərək Bakıdakı sünni məscidlərinə qarşı səlib yürüşünə keçib. Və əsas hədəflərindən biri də Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinin «İlahiyyat» məscididir.

Biz imkan verməyəcəyik ki, bu məscid DQİDK tərəfindən dağıdılsın, yer üzündən silinsin. DQİDK İrandan aldığı pulların halallığını alması üçün bu addımı atır. Amma unudur ki, biz sələfilər Allahın əsgəri olaraq «Əbu-Bəkr»in ardından «İlahiyyat»ı da itirməyəcəyik, bunu asan qəbul etməyəcəyik».

Müraciət müəllifləri bildirirlər ki, sabahkı cümə namazında daha çox tərəfdarla saylarının nə qədər çox olduğunu da nümayiş etdirəcəklər.

Geri qayıt