Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV HANSI DEPUTATIN QƏLƏMİNİ QIRIB?
RAMİZ MEHDİYEV HANSI DEPUTATIN QƏLƏMİNİ QIRIB?25-04-2013, 10:23 |
ƏLİ HƏSƏNOVUN RƏBİYYƏT ASLANOVANI TOPA TUTMASININ ŞOK NƏDƏNLƏRİ DİA.AZ: - Bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla YAP-çı deputat Rəbiyyət Aslanova arasında bir polemika yaşandı. Biz nə polemikanın mövzusundan danışhacağıq, nə də detallarından. Məsələ baş vermiş hadisənin mahiyyətindədir. Hər halda, oğlu PA-da şöbə müdiri postunu tutan Rəbiyyət Aslanova dünənə qədər Əli Həsənovla eyni səngərdə yer almışdı. Amma indi vəziyyətin dəyişdiyi tam çılpaqlığı ilə ortadadır. Ən azından o səbəbə görə ki, artıq Rəbiyyət Aslanova Əli Həsənova opponentlik etməsini ictimailəşdirmək marağında olduğunu nümayiş etdirir. Onun PA rəsmisinin ünvanına dediyi fikirlərə operativ şəkildə reaksiya verməsi də sıradan bir hadisə kimi yox, əməlli-başlı sübut kimi qəbul edilməlidir. Bu barədə DİA.AZ-a danışan mənbə ilginc faktları açıqladı: «Təbii ki, Əli Həsənov birbaşa olaraq PA şefi Ramiz Mehdiyevin marağından çıxış edir, onun maraqlarını təmsil edir. Və Rəbiyyət Aslanovanın «Azadlıq» radiosuna verdiyi müsahibəsinə konteksdən çıxarılmış versiyada reaksiya verən Əli Həsənov bununla YAP-çı deputatı dışlama cəhdini də gizlətmir». Mənbəmiz bunun isə Ramiz Mehdiyevdən qaynaqlanması qənaətindədir: «Rəbiyyət Aslanova bir müddət əvvəl Ramiz Mehdiyevin PA şefi postundan alınması layihəsinə baş vurmuşdu və zətta bu işdə Rusiyanın xüsusi xidmət orqanları ilə gizli bir projenin icrasında fəal iştirakçı idi. «Putinin dostu» kimi tanınan tanınmış iş adamı İlham Rəhimli ilə ailə həyatı qurması da bu layihənin tərkib hissəsi idi. İlham Rəhimli Ramiz Mehdiyevin yerinə gətirilməli idi və bunun üçün Kremldə müəyyən dairələrin razılığı da alınmışdı. Amma bu plan ifşa olundu və Ramiz Mehdiyevin sifarişi ilə bütün faktlar müəyyən redaktələrlə mətbuata ötürüldü. Beləcə planları ifşa olunmuş Rəbiyyət Aslanova əslində siyasi izdivac olan İlham Rəhimli ilə evliliyini də pozmaq zorunda qaldı. Çünki İlham Rəhimli ilə onu birləşdirən yeganə maraq məhz siyasi planları idi. Hətta versiya var idi ki, İlham Rəhimli bu postda müvəqqətidir və müəyyən dönəmdən sonra Ramiz Mehdiyevin yerinə Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov keçməli idi». Mənbəmiz məhz bu səbəbdən YAP-çı xanım deputatın PA şefinin hədəfində olduğunu söyləyərək əlavə etdi ki, bunun da nəticəsində Əli Həsənovun dili ilə Rəbiyyət Aslanovaya ilkin xəbərdarlıq edildi: «Təbii ki, fürsət düşdükcə Rəbiyyət Aslanovaya başqa zərbələr də endirilə bilər». Geri qayıt |