Əsas Səhifə > Hadisə > DAHA BİR ƏSGƏRİMİZ HƏRBÇİ YOLDAŞINI ÖLDÜRDÜ
DAHA BİR ƏSGƏRİMİZ HƏRBÇİ YOLDAŞINI ÖLDÜRDÜ25-04-2013, 10:02 |
BU HAL SİLSİLƏ XARAKTERİ ALIR Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məmmədov Kamran Firdovsi oğlu əsgər yoldaşı 1993-cü il təvəllüdlü Bayramov Xəyyam Asif oğlunu bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, K.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən, X.Bayramov isə Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Hər iki əsgərin aşpazlıq təkmilləşəm kursunun üzvü olduğu bildirilir. Faktla əlaqədar araşdırmalar aparılır. Geri qayıt |