Əsas Səhifə > Siyasət, Manşet > MASALLI RAYONUNDA ŞIDIRĞI VƏZİFƏ ALVERİ GEDİR

MASALLI RAYONUNDA ŞIDIRĞI VƏZİFƏ ALVERİ GEDİR


25-04-2013, 09:35
MASALLI RAYONUNDA ŞIDIRĞI VƏZİFƏ ALVERİ GEDİR
DİAQNOSTİKA MƏRKƏZİNƏ RƏHBƏR GƏLMƏ ÜÇÜN 500 MİN DOLLAR İSTƏNİLİR

DİA.AZ: - Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov Cəlilabadda yeləşən Diaqnostika Mərkəzinə rəhbər getmək istəyir. Təbii ki, kiminsə karyerasında yüksəlmə təşəbbüslərini qınamaq doğru deyil. Amma maraqlı orasıdır ki, Cəlil Nəzərov da bu məsələdə “ənənəvi yola” üstünlük verir. Bu barədə DİA.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda vurğulanır ki, hazırkı vəzifəsində narahatlıq keçirən Nəzərov hətta bunun üçün pul da xərcləməyə hazırdır. Hətta Səhiyyə Nazirliyindəki yaxın adamlarına da xahişini çatdırıb.

Mənbə bildirir ki, Cəlil Nəzərov Masallı Mərkəzi Xəstəxanasında işləsə də, yerli İcra Hakimiyyəti orqanları ilə anlaşa bilmir. Belə ki, yeni icra başçısı Rafil Hüseynov da ondan aylıq pul tələb edir. İndiki məqamda həmin tələb olunan pulu verə bilməyən Nəzərov münasibətləri korlamadan indiki işindən çıxmaq istəyir. Ona görə də, Diaqnostika Mərkəzinə rəhbər getmək istəyir.

DİA.AZ-a daxil olan məlumatlarda iddia olunur ki, bu postu ələ keçirmək üçün Cəlil Nəzərov hətta 500 min dollarından keçməyə hazırdır. Lakin təklif etdiyi məbləğə rəğmən tövsiyyə olunub ki, bir müddət gözləsin.

Mənbə iddia edir ki, həmin posta Rafil Hüseynovun öz namizədi var: “Amma onun namizədinin də imkanları yetərli deyil. Yəni nazirlikdən tələb olunan məbləği ödəməsi üçün bir qədər borca girməlidir”.

Geri qayıt