Əsas Səhifə > Gündəm, Manşet > GÖMRÜKDƏ İNHİSARÇI TALANI SAHİBKARI YORUB
GÖMRÜKDƏ İNHİSARÇI TALANI SAHİBKARI YORUB25-04-2013, 08:58 |
İŞ ADAMINI MALINI QURTARA BİLMƏSİNDƏN ƏLİNİ ÜZMÜŞ KİMİ GÖRÜNÜR DİA.AZ: - Son günlər gömrük sistemi ilə bağlı vətəndaş şikayətlərinin durmadan artması bu istiqamətdəki durumun acınacaqlı halından xəbər verməkdədir. Davamlı surətdə yerli sahibkarların giley etdiyi gömrük orqanları ilə bağlı bir məqam da məlumdur ki, əslində bu gün ölkədə əksər neqativ olaylar məhz sözügedən ünvandan qaynaqlanır, gömrükdən başlayır. Həm Azərbaycana gətirilən malların idxal qiymətinin baha olması, bunun da nəticəsində insanların hər şeyi baha alması ilə yaranan sosial narazılıq və həm də ümumiyyətlə, gömrük səddindən ixrac olunan eybəcər bir mənzərə - haqsızlıq, ədalətsizlik - nəhayətdə bu ölkə insanlarını etirazlara vadar edir. Amma maləsəf ki, hələ də kimsənin gömrüyə süpürgə çəkmək kimi bir niyyətinin olmadığı ortadadır. Bunun da nəticəsində gömrük orqanları vətəndaşların ciblərinə süpürgə çəkməkdə davam edirlər. DİA.AZ-a daxil olan şikayət məktubunda da sözügedən sahədən narazılıq var. Adının çəkilməməsini xahiş edən və bunu hələ də idxal etdiyi malların gömrükçülərin girovluğunda olması ilə əsaslandıran yerli sahibkarlardan biri yazır ki, onun gətirdiyi malın müqabilində gömrük rüsumundan əlavə, hər tona uyğun olaraq 1000 manat rüşvət ödəyirmiş: «İndi isə heç bir izahat vermədən bu qiyməti 2300 manat qaldırıblar». Vətəndaş bildirir ki, bu halda onun idxal etdiyi malı Azərbaycanda xırıd etməsi heç də sərf etmir: «Çünki həmin mal ölkədə əvvəlki qiymətinədir və qiyməti heç də bahalaşmayıb. Amma mən bu rüşvət-rüsumla ölkəyə malı keçirməyə razılıq versəm, o zaman alıcılara təklif olunan qiymətə satıcılara təklif etmək zorundayam. Təbii ki, bunu da heç bir satıcı qəbul etməyəcək». Baş verənlərlə bağlı, əlaqədar qurumlara, həmçinin Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə də müraciət etdiyini bildirən sahibkar daha sonra yazır: «Təbii ki, mənim problemimi kimsə həll etməyəcək. Bunun səbəbini anlamışam. Ola bilsin ki, bu mal da inhisara alınır. Çünki hər dəfəsində bu şəkildə davranırlar. Yəni hansısa mal monapoliyaa alınırsa, onunla bağlı rüşvət-rüsumların qiyməti qaldırılır». Sahibkar yazır: «Əslində bütün bunlar prezidentə qarşı təxribat kimi qiymətləndirilməlidir. Bu yolla onlar ölkədə süni bahalaşma yaradırlar. Əhali isə tədricən qalxan qiymətlərə görə kimsədən yox, prezidentdən narazı olur. Və cənab prezidentin gömrükdəki özbaşınalıqlara müdaxiləsi vacibdir. Əks halda, minlərlə sahibkar ordusu çıxılmaz vəziyyətə düşəcək». Geri qayıt |