Əsas Səhifə > Güney Press / Manşet > В«BANK OF BAKUВ» HANSI MƏMURUMUZA SIĞINIB?
В«BANK OF BAKUВ» HANSI MƏMURUMUZA SIĞINIB?24-04-2013, 16:47 |
![]() DİA.AZ: - Məşhur В«VikiLiksВ»in yaydığı sənədlərdə arxasında gizli İran maliyyəsinin dayandığı ifşa olunan В«Bank of BakuВ»nun fəaliyyətinə qadağanın qoyulacağı hələ xeyli əvvəldən söylənilsə də, sonradan bu xəbərlər özünü doğrultmadı. Amma DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, В«Royal BankВ» kimi В«Bank of BakuВ» da məhz İranın xüsusi xidmət orqanları ilə əlaqələri səbəbindən müflis elan olunmalı idi. Mənbəmiz bildirir ki, məşhur İran kökənli Oromi qardaşlarının nəzarəti altında olan В«Bank of BakuВ»nun fəaliyyətinə qadağanın qoyulması qərarı sonradan dəyişdirilib: В«Bəllidir ki, bu qardaşlar Bakıda təsadüfən deyillər. Və onlar Azərbaycanda hansı üsulla qalmağın mümkünlüyü yollarını da yaxşı bilirlər. Elə bu üsulla da qala biliblərВ». Mənbəmiz bildirir ki, eyni zamanda В«Hyundai Auto AzerbaijanВ»ın, В«Bacu ElectronicsВ»in və digər strukturların sahibi olan В«Bank of BakuВ»nun əsas fiquru Oromi qardaşlarının В«NABВ» şirkətinin Azərbaycandakı paylarına məmurlarımızdan birinin ortaq qoşulması ilə vəziyyətdən çıxış yolu tapılıb: В«Həmin məmura paylarının böyük hissəsini güzəştə gedən Oromi qardaşları bu yolla Azərbaycandakı bizneslərini qurtara biliblərВ». Onu da bildirək ki, В«Bank of BakuВ»nu xilas edən məmurumuzun kimliyi DİA.AZ-a bəllidir. Amma əlimizdə yetərli sübutların olmaması bilgilərimiz yönündə müəyyən araşdırmaları zəruri edib. Yaxın vaxtlarda daha böyük materialı diqqətinizə təqdim edəcəyik. Geri qayıt |