Əsas Səhifə > Hadisə, Manşet > NAZİR MÜAVİNİ NAZİRƏ QARŞI

NAZİR MÜAVİNİ NAZİRƏ QARŞI


6-12-2011, 16:31
NAZİR MÜAVİNİ NAZİRƏ QARŞI

ŞAMAXIDA MEŞƏLƏR TALAN EDİLİR

DİA.AZ: - Şamaxı rayon Bilici kənd sakini, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağının Şamaxı dayaq məntəqəsinin müdiri Əzizbaba Fətullayev redaksiyamızda olaraq burda baş verənlər haqda “Dünya” İnformasiya Agentliyinə məlumatlar verib.

Əzizbaba müəllim bildirir ki, beş ildir ki, Şamaxı rayon Meşə İdarəsinin müdiri vəzifəsində çalışan Arif Şirinov rayonun Meşə Fondunun 13.000 ha əkin sahəsi olduğu halda bu müddət ərzində heç birdənə də ağac əkməyib. Uzun müddətdir Mərkəzi Nəbadət bağının Şamaxı dayaq məntəqəsinin müdiri vəzifəsində çalışan Ə.FƏtullayevin sözlərinə görə hətta, bu gün Şamaxı və Ağsu rayon icra başçılarının əkdiyi ağacları da A.Şirinov öz adına çıxır. Əzibaba müəllim A.Şirinovun başqa dövlət qurumlarının xətti ilə həyata keçirilən işləri öz adına çıxması ilə bağlı konkret faktlar söylədi: «Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı rayonun girəcəyindəki meydanda, M.Ə.Sabirin heykəlinin ətrafında, «Türkün qəbri» deyilən ərazidən Şamaxıya gedən yol boyu ağaclar əkdirib. Şamaxı rayon Meşə İdarəsi bu acağları öz gördüyü işlər kimi qələmə verir. Əslində isə son beş il ərzində Şamaxının istınilən yerində əkilən ağaclarda nə adı gedən idarənin, nədə müdirinin heç bir əməmyi olmayıb. Rayonun turizm üçün ayrılmış 500 ha dağ hissəsinin yaşıllıq meşəsinin ağacları da Arif Şirinovun göstərişiylə kəsilərək məhv olunmuşdur. Ağsu və Şamaxı zonasında 1300 ha sahəsi olan meşə isə bərbad vəziyyətə salınmışdır. Yalnız Pirqulu adlanan sahədə Prezident İqamətgahının yaxınlığındakı dərədə ağacların çoxluğu hiss olunur.»

Ə. Fətullayev turizm üsün çox əlverizli zona olan bu ərazidə ağacların məhv edilməsinin gizlinləri haqda da danışdı: «2009-cu ildə Pirdəki dağın meşəsinin yandırılaraq məhv olunmuş yerləri vəzifəli şəxslərin gələcəkdə öz başına tikinti aparmaları üçün aralarında bölüşdürüləcək torpaqlardı. 50-60 il bundan əvvəlki ağacları kəsib yerində villalar, restoranlar tikdirən şəxslərin dəqiq ünvanli adları bəlli olmasada ümumi olaraq hər hansı idarə və polis rəislərinin, nazirliklərin və.b saymaqla bitməyən adamlara mənsub olduğu bəllidir. Şamaxı rayonunda qaz, işıq, su problemi olsada yalnız bu cür qanunsuz evlərdə digər yerlərdən fərqli olaraq vəziyyət çox yaxşıdır. Soyuq, yağıntılı havalarda həftələrlə, bəzənsə aylarla işıqsız, qazsız qalan rayonun 20-ə yaxın bəzi kəndlərinə ümumiyyətlə qaz xətti çəkilməyib. Burada 70 % əhali işsizlikdən əziyyət çəkir və onların bir qismi qazanc dalınca Bakının müxtəlif yerlərinə üz tutur.»

Əzizbaba müəllim bildirir ki, baş verənlər barədə 2007-ci ildən bəri dəfələrlə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırova, Milli Məclisə, prezidentə və aidiyyatı təşkilatlara müraciət etsə də heç bir nəticəsi olmayıb. Şikayətçinin sözlərinə görə, nazirliyin Meşə Mühafizə İdarəsinin rəisi işləyən Rövşən Cəlilov Arif Şirinovun bütün qanunsuz hərəkətlərini böyük ustalıqla ört-basdır edir.

Geri qayıt