Əsas Səhifə > Hadisə, Manşet > ARTUR RƏSİZADƏDƏN ŞOK ADDIM
ARTUR RƏSİZADƏDƏN ŞOK ADDIM6-12-2011, 16:11 |
NAZİRLƏR KABİNETİ XALQDAN GİZLİ SƏRƏNCAM İMZALAYIB DİA.AZ: - Nazirlər Kabineti tərəfindən 2011- ci ilin avqust ayının 08- də 231s saylı sərəncamı imzalanıb. Sərəncam Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində görülməsi nəzərdə tutulan işlərlə bağlıdır. DİA.AZ-a verilən məlumatda bildirilir ki, sərəncam haqqında nə Nazirlər Kabinetinin saytında, nə də dövrü mətbuatda heç bir məlumat dərc olunmayıb. Bu isə daşqınların təsirinə məruz qalan minlərlə insan üçün kifayət qədər ictimai əhəmiyyət daşıyan sözü gedən sərəncamın gizlin imzalanmasını göstərir. Çünki bu sərəncam daşqınların təsirinə məruz qalmış insanların problemi həlli yönümündə atılmış addımlardan biri kimi imzalanıb və çox güman ki, bu sənəd ya sakinlərə növbəti yardımların edilməsini nəzərdə tutur, ya da indiyə qədər Kür Araz daşqınları ilə bağlı imzalanmış normativ sənədlərə hansısa dəyişikliklərin, əlavələrin edilməsini özündə ehtifa edir. Sözü gedən sərəncamın mahiyyəti barədə dəqiq məlumat yoxdur. Ona gör də bu sərəncamla vətəndaşlar üçün hansı həcmdə və formada yardımlar nəzərdə tutulduğu və ya dəyişikliklərin edildiyi məlum deyil. Ola bilər ki, bu sənəd Nazirlər Kabinetinin 197 s saylı sərəncamı ilə evlərinin təmir və bərpa gücləndirilməsi üçün nəzərdə tutulan insanlara ayrılan vəsaitlərin mexanizmini və ya bu qəbildən olan evlərin dəqiq sayını göstərsin. Çünki “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı silsilə araşdırmalara görə bu sahədə müəyyən boşluqlar var. Eyni zamanda dövlət başçısının 19 may 2010- cu il və Nazirlər Kabinetinin 197 s saylı sərəncamlarında nəzərdə tutulan təmirə və bərpa gücləndirməyə ehtiyacı olan evlərin sayı ilə hazırda reallıqda bu qəbildən olan evlərin sayı arasında böyük fərq var. Yəni hazırda daha çox evin təmirə və bərpa gücləndirməyə, eləcə də tikintisinə ehtiyacı var. Nazirlər Kabinetinin 08 avqust 231 s saylı sərəncamı barədə məlumat “Kür” Qərargahına hökümətə yaxın mənbələrdən daxil olub. Eyni zamanda bu barədə FHN tərəfindən Kür Araz daşqınlarının təsirinə məruz qalmış vətəndaşlara son zamanlar göndərilən bəzi məktublarda da belə bir sərəncamın imzalandığını və həmin sərəncam əsasında vətəndaşlara növbəti yardımların edilməsinə hazırlıq işləri getdiyi bildilir. Sərəncamda nəzərdə tutulan yardımların nədən ibarət olduğu, hansı müddətə vətəndaşlara veriləcəyi və ümumiyyətlə sözü gedən sərəncamda bu yardımların verilməsi nəzərdə tutulmağı barədə FHN- dən vətəndaşlara göndərilən məktublarda heç bir izahat verilmir. Digər tərəfdən cari ilin avqust ayında imzalanmasına baxmayaraq indiyə qədər sərəncamın icra olunmaması (və ya gizli icra olunması) da bəzi suallar doğurur. Nazirlər Kabinetinin Kür Araz daşqınları ilə bağlı imzalanan 08 avqust 231s saylı sərəncamının təfərrüatları barədə bilgi almaq üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Nazirlər Kabinetinə və Fövqəladə hallar Nazirliyinə sorğu göndərib. Eyni zamanda Qərargah özü araşdırmalara başlayıb. Xatırldaq ki, sözü gedən sərəncam Nazirlər Kabineti tərəfindən ictimaiyyətdən gizlədilən, aidiyyatı əhali qruplarına və vətəndaş cəmiyyəti institutlarına bu barədə məlumat verilməyən ilk sərəncam deyil. Belə ki, Nazirlər Kabinetinin 2010- cu ilin 09 iyul 197 s saylı sərəncamı da ictimaiyyətdən gizlin imzalanmışdı və o zaman nə rəsmi dövlət qurumlarının saytlarında və dövlət qəzetlərində bu barədə məlumat dərc olunub, nə də ictimaiyyətə bu barədə bilgi verilməmişdi. Yalnız “Kür” Qərargahının davamlı sorğuları və cəhdlərindən sonra sözü gedən sərəncamı əldə etmək mümkün olmuşdu. Görünür hökümət hətta vətəndaşlara yardım və kompensasiyaların ayrılmasını özündə əks etdirən sərəncamları belə həmin əhali qrupuna çatdırılmasına, onların bu istiqamətdə məlumatlandırılmasını və maarifləndirilməsini istəmir. Geri qayıt |