Əsas Səhifə > Gündəm, Manşet > ASTARADA BAŞÇIYA QARŞI MÜƏLLİM ETİRAZLARI

ASTARADA BAŞÇIYA QARŞI MÜƏLLİM ETİRAZLARI


24-04-2013, 11:03
ASTARADA BAŞÇIYA QARŞI MÜƏLLİM ETİRAZLARI
QƏZƏNFƏR AĞAYEV ASTARADAKI İLK SEÇKİSİNDƏ UĞURSUZLUQ YAŞAYACAQ

DİA.AZ: - Astara camaatı, xüsusən də dövlət büdcəsindən maliyyələşən idarə və müsisələrdə çalışanlar arasında ciddi narazılıq var və uzun müddətdi davam edən bu vəziyyət son həddə çatıb. Əslində bu narazılıq indiki icra başçısı Qəzənfər Ağayevə qədər də mövcud idi. Amma Qəzənfər Ağayevin Masallıdan transfer olunması ilə gərginlik daha da artdı. Hər halda Ağayevin Masallıdakı əməlləri bütün ölkəyə məlum idi.

Bu barədə DİA.AZ-a Astara sakinlərinin bildirdiyinə görə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu vəzifəyə təyin olunduqdan sonra Astarada korrupsiya və rüşvətxorluq daha da tüğyan edir. Məlumata görə, xüsusən də Astara Təhsil Şöbəsindəki rüşvət yığımı bu şöbəyə aid müəssisələrdə çalışanları əməlli-başlı bezdirib. əslində yerli təhsil şöbəsinin müdiri də çarəsiz vəziyyətdədir. Çünki pullar birbaşa olaraq başçının adından yığılır.

Məlumatda bildirilir ki, Təhsil Şöbəsinə aid müəssisələrin rəhbərlərii tərəfindən yuxarının göstərişi nəticəsində işçilərin əmək haqqından 10 faiz tutularaq təhsil şöbəsinin baş mühasibinə verilir. O isə yığılan məbləği Astara rayon İcra Hakimiyyətinin başçısının birinci mavininə verir. Müavin isə həmin məbləğin böyük hissəsini icra başçısına çatdırır. İcra başçısının ən etibarlı adamı kimi tanınan birinci müavinin Təhsil Şöbəsinin başqa maxinasyalarının başında da dayandığı bildirilir.

Sakinlərin sözlərinə görə, artıq pul yığımından, maaşlarının kəsilməsindən yorulan təhsil işçiləri də sözü bir yerə qoyublar ki, bu seçki ilində icra başçısının təlimatlarına əməl etməsinlər. Hər halda müəllim və həkim heyətinin seçkidə hansı əhəmiyyəti daşıdığı hər kəsə aydındır. Bu isə o deməkdir ki, Qəzənfər Ağayev Astaradakı ilk seçkisində büdrəyə bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq..

Geri qayıt