Əsas Səhifə > Siyasət, Manşet > «QARA PİARÇILAR» KİMİN VİDEOSUNU YAYA BİLƏRLƏR?

«QARA PİARÇILAR» KİMİN VİDEOSUNU YAYA BİLƏRLƏR?


24-04-2013, 10:04
«QARA PİARÇILAR» KİMİN VİDEOSUNU YAYA BİLƏRLƏR?
BU SEÇKİ İLİNDƏ DƏ ƏNƏNƏVİ QARA QÜVVƏLƏR FƏALLIQ NÜMAYİŞ ETDİRİR

DİA.AZ: - Prezident seçkiləri günü yaxınlaşdıqca siyasi müstəvidə münasibətlər daha da gərginləşir və yaxud da gərginləşdirilir. Hər halda, görüntüdə olanı budur ki, yenə də hakimiyyət adından həyata keçirilən həbslərlə rəqiblərin susdurulması, yeni xofun yaradılması məqsədi güdülür. Amma bu heç də hakimiyyətin yeni siyasi kursuna, dəst-xəttinə uyğun deyil.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, yenə də iqtidar içindəki ənənəvi «qara qüvvələr» siyasi münasibətlərin daha da gərginləşdirilməsi xəttini tutublar: «Bu qüvvələr hər zaman fəal olublar. Lakin onlardan imtina qərarı çoxdan yetişib. Çünki süni şəkildə iqtidara «düşmən» obrazı yaratma hesabına bu qüvvələr hər zaman özlərini hakimiyyət üçün «lazımlı adamlar» imicini formalaşdıra bilirlər. Yəni əks düşərgə barəsində məqsədli olaraq VAHİMƏLİ statusu yaradılır, bunun ardından isə həmin «vahimə»nin qarşısı alınır. Bu zaman isə məhz həmin qüvvələrə ehtiyac yaranır».

Mənbəmiz sözügedən «qara qüvvələrin» illərdir iqtidar içində qərarlaşdığını da bildirdi: «Bu da onların gəlir yeridir. Əks halda həmin qüvvələrə pul ayrılmır. Onlar bu siyasi korrupsiya hesabına bğöyük qazanc əldə edirlər».

Mənbəmiz onu da əlavə etdi ki, bu seçki ilində də sözügedən qüvvələrin qara piara yenidən müraciət edəcəyi şəkksizdir: «İndidən bunun simptomları müşahidə olunur. Yenə də kimlərinsə gizli videosu çıxacaq, kimlərəsə qurşaqdan aşağı zərbə vurulacaq. Halbuki bu siyasətdən çoxdan imtina qərarı verilib. Görünür, vəziyyət hələ də həmin qara qüvvələrin kontrolu altındadır».

Geri qayıt