Əsas Səhifə > Gündəm, Manşet > ÖZƏL SƏHİYYƏ SİSTEMİ VƏTƏNDAŞA QƏNİM KƏSİLİB

ÖZƏL SƏHİYYƏ SİSTEMİ VƏTƏNDAŞA QƏNİM KƏSİLİB


24-04-2013, 09:48
ÖZƏL SƏHİYYƏ SİSTEMİ VƏTƏNDAŞA QƏNİM KƏSİLİB
BURADAKI QİYMƏT ÖZBAŞINALIĞI XƏSTƏLƏRİ MÜFLİS ETMƏYƏ HESABLANIB

DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardakı qanunsuzluqlar, xəstələrin aldadılması faktları, rüşvət və korrupsiyalarla bağlı çeşidli informasiyalar yayımlanmaqdadır. Ölkənin səhiyyə sistemində adi hala çevrilmiş bu olayların daha da artması isə insanları şoka salır.

Artıq bir neçə klinikada analizlərə və müayinələrə görə tələb olunan məbləğin artması xəstə yaxınlarının ciddi narazılığına səbəb olub.

Gələn şikayətlər arasında reklam çarxları televiziyalarda yayımlanan və bu iş üçün küllü miqdarda vəsit ayıran «MedicalPlaza» ilə bağlı gələn xəbərlər daha dəhşətlidir. Belə ki, burada bəzi tibbi avadanlıqlardan istifadəyə görə qiymətlər süni şəkildə şişirdilir və vətəndaşlardan elementar tibbi xidmətlər üçün fantastik rəqəmlər tələb olunur.

DİA.AZ-ın elektron ünvanına göndərilən şikayət məktubunda, bu yaxınlarda avtomobil qəzasına düşmüş şəxslərdən biri "narkoz"dan ayıla bilmədiyi üçün süni aparata qoşulduğu qeyd olunub. Həmin aparatdan gündəlik istifadənin qiyməti isə 700 manatdır. Xəstənin iki aydır aparat vasitəsi ilə yaşadığı deyilir və bu isə təqribən 42 min manat deməkdir:

«Ancaq heç bir nəticə vermədiyi üçün son çərə olaraq mətbuata müraciət etməyi qərara aldım. Yaxın qohumum avtomobil qəzasına düşdükdən sonra onu «MedicalPlaza»ya apardıq. Artıq iki aydır ki, o aparata qoşulu şəkildə həyatda qalır. Aparatdan gündəlik istifadənin qiyməti isə 700 manatdır. Bu isə təqribən 42 min manat deməkdir. Özünüz araşdırma aparsanız klinikalarda olan özbaşınalığın şahidi ola bilərsiniz”.

Qeyd edək ki, şikayətçi yaxın günlərdə bir qrup xəstəylə birlikdə Səhiyyə nazirliyinə müraciət edəcəklərini söyləyib.

Məsələylə bağlı qarşı tərəfin də münasibətini yayımlamağa hazırıq.

Geri qayıt