Əsas Səhifə > Cəmiyyət > HACIBALA ABUTALIBOV ƏVVƏLDƏN DEYİBMİŞ

HACIBALA ABUTALIBOV ƏVVƏLDƏN DEYİBMİŞ


6-12-2011, 14:44
HACIBALA ABUTALIBOV ƏVVƏLDƏN DEYİBMİŞ

BAYILDAKI ZÜLMLƏ BAĞLI İTV-DƏN DƏ DƏSTƏK İSTƏNİLDİ

DİA.AZ: - “Biz - vətəndaş cəmiyyəti nümayəndələri olaraq dekabrın 5-də Bakı şəhəri, Aqil Quliyev küçəsi, 5 ünvanında yerləşən binaların məcburi söküləcəyi ilə bağlı xəbərdarlığı və söküntü işlərinə hazırlığı kəskin şəkildə qınayırıq. Bunu sakinlərin mülkiyyət hüquqlarına qəsd cəhdi kimi qiymətləndiririk”. Bu barədə DİA.AZ-a daxil olan İqtisadiyyata Yardım İctimai Birliyi və İnsan Hüquqları Klubunun birgə bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, dekabrın 5-də göstərilən ünvanda yerləşən 65 ailənin yaşadığı iki 9 mərtəbəli binanın bir qrup sakini Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) dəvət edilib. BŞİH başçısı Hacıbala Abutalıbov sakinlərə bildirib ki, mənzillərin hər kvadrat metrinə maksimum 1500 manat təklif edilir və onlar bununla razılaşmalıdırlar. Sakinlərin razılaşmayaçağı halda H.Abutalıbov 15 günə güc tətbiq edilərək mənzillərin məcburi olaraq sökülməsinə başlanaçağı ilə bağlı xəbərdarlıq edib. Gün ərzində mənzilllərin kanalizasiya sisteminin çıxışı torpaqla örtülüb, liftlərin motorları çıxarılıb, əraziyə kran gətirilib və kranın möhkəmlədilməsi işləri aparılıb.

“Biz Azərbaycan hakimiyyətindən, birbaşa olaraq ərazi üzrə icra strukturlarından ölkə vətəndaşlarının Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilən mülkiyyət hüquqlarına hörmət etməyi tələb edirik. Bəyan edirik ki, mənzillər məhkəmə qərarı olmadan və sakinlərə ədalətli kompensasiya verilmədən sökülə bilməz və söküntüyə cəhdlər dərhal dayandırlmalıdır”, - bəyanatda vurğulanır.

Azad İqtisadiyyata yardım İctimai Birliyi və İnsan Hüquqları Klubu medianı, xüsusən İctimai Televiziyanı vətəndaşların bu problemini işıqlandırmağa, əsl media orqanı kimi çıxış edərək vətəndaşların mövqeyini yaymağa çağırır. “Biz beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa və fundamental hüquqlardan olan mülkiyyət hüquqlarının müdafiəsində yaxından iştirak etməyə çağırırıq”, - sənəddə bildirilir.


Geri qayıt