Əsas Səhifə > Güney Press / Manşet > BEYLƏQANIN İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIR
BEYLƏQANIN İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIR23-04-2013, 15:01 |
![]() DİA.AZ: - Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə cinayət işi açıla bilər. Bu şok məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbə ötürüb. Qaynağın iddialarına görə, Beyləqanın icra başçısı külli miqdarda yeyinti faktına görə hədəfə çevrilib: В«Onunla bağlı konkret şikayət əsasında araşdırma aparılıb. Eyni zamanda Hesablama Palatasının büdcədən ayrılan dövlət vəsaitinin təyinatı üzərə xərclənməsi işini təftiş etməsi nəticəsində də Beyləqan rayonunda ciddi yeyinti faktları aşkarlanıbВ». Mənbə əlavə edib ki, ilkin olaraq Beyləqan rayon maliyyə şöbəsinin müdirinin, onun ardından da Vaqif Abdullayevin həbsi nəzərdə tutulub: В«Hələlik bu barədə yekun qərar verilməyib. Hər halda, bir icra başçısının qollarının qandallanması sıradan bir hadisə deyil və bunun üçün ilk növbədə siyasi qərar verilməlidirВ». Araşdırmalarımız davam edir. Yeni məlumatları davamlı olaraq diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |