Əsas Səhifə > Hadisə > ƏVƏZ ZEYNALLININ AİLƏSİNƏ YARDIM EDİLİB
ƏVƏZ ZEYNALLININ AİLƏSİNƏ YARDIM EDİLİB6-12-2011, 13:30 |
FOND DAHA İKİ JURNALİSTƏ DƏ PUL AYIRDI Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır. Fondun İdarə Heyətinin iclasında ötən müddət ərzində daxil olan 8 müraciətə baxılıb. Müraciətlərdən ikisi Fondun əsasnaməsinin tələblərinə uyğun gəlmədiyinə görə saxlanıb, beşi isə təmin edilib. Ümumilikdə 2700 ABŞ dolları məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Fondun Əsasnaməsinin: peşə fəaliyyəti ilə əlaqədar həlak olan jurnalistin ailə üzvlərinə yardım edilməsi bəndinə görə yazıçı-publisist Rafiq Tağının ailəsinə 1300 ABŞ dolları məbləğində maliyyə yardımı edilib. - həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi bəndinə görə “Xural” qəzetinin baş redakroru Əvəz Zeynallının ailəsinə 600 ABŞ dolları məbləğində maliyyə yardımı edilib. - məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi bəndinə görə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATI) Naxçıvan MR üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyevə 500 ABŞ dolları məbləğində maliyyə yardımı edilib. - peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndinə görə “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasova 300 ABŞ dolları məbləğində maliyyə yardımı edilib. Geri qayıt |