Əsas Səhifə > Siyasət, Manşet > DEPUTATIN BACISI OĞLU BİR AİLƏNİN QƏSDİNƏ DURUB
DEPUTATIN BACISI OĞLU BİR AİLƏNİN QƏSDİNƏ DURUB23-04-2013, 10:28 |
LERİKDƏN HÜSEYNBALA MİRƏLƏMOVLA BAĞLI İLGİNC İTTİHAMLAR SƏSLƏNİR DİA.AZ: - Redaksiyamıza deputat Hüseynbala Mirələmovla bağlı daha bir şikayət daxil olub. Bundan əvvəlki şikayət deputatın qardaşı oğlunun ittiham olunduğu qətl hadisəsilə bağlı idi. Qətlə yetirilən gəncin anası iddia edirdi ki, hadisədə təkcə qardaşı oğlunun yox, deputatın özü və oğlanlarının da günahı var. DİA.AZ bildirir ki, bu barədə “azerinews.org” portalı məlumat yayıb. Budəfəki şikayət isə deputatın bacısı oğlu barədədir. Dövlət başçısına ünvanladığı müraciətin surətini redaksiyamıza da göndərən Lerik rayon sakini Mailə Əliyeva yazır: “Ölümlə üz-üzə qalan, intihar həddində olan bir ana kimi sizə üz tuturam. Millət vəkili Hüseynbala Mirələmovun bacısı oğlu, mədəniyyət şöbəsinin müdiri Aqil Sucayev və bələdiyyə sədri Hüseynağa Şahıyev Anar adlı məhkəmə icraçısı ilə birləşərək, mənim və ailə üzvlərimin həyatını təhlükə qarşısında qoyublar. Onlar heç bir məsuliyyət hiss etmirlər, çünki arxalarında Mirələmov kimi dayıları var. Aqil Sucayev dayısına arxalanaraq, Lerikdə istədiyini edir. O, əvvəllər qaz istismar idarəsinin rəisi işlədiyi vaxtlarda yol verdiyi qanuna zidd əməllərinə görə işdən azad olundu. 28 kvadrat metr torpaq sahəsinə görə o, məhkəmə icraçısı Anarla birgə 10 polis əməkdaşı gətirərək, 60 yaşlı əsgər anasına güc tətbiq edib. Aqil Sucayevin bir ananı təhqir etməsini, üstünə benzin tökməyə vadar etməsini hansı kitaba yazmaq olar?! Bütün bu olanların əsas səbəbkarı bələdiyyə sədri Hüseynağa Şahıyevdir. Torpaq sahələrinin satışında dələduzluğa yol verilir, bir yer iki ayrı-ayrı adama satılır və s. Lerikdə özbaşınalıq baş alıb gedir. Bu barədə şikayət etmək üçün gələndə Prezident Administrasiyasının qəbul otağında olan özbaşınalıqları gözlərimizlə gördük. Bizi orada qəbul etmədilər. Deməli, günah sizdədir ki, icra orqanlarında işləyən məmurlar bizimlə bu cür davranır". Geri qayıt |