Əsas Səhifə > Hadisə > DAHA BİR HƏBÇİMİZ İNTİHAR EDİB

DAHA BİR HƏBÇİMİZ İNTİHAR EDİB


23-04-2013, 10:05
DAHA BİR HƏBÇİMİZ İNTİHAR EDİB
O, KİRAYƏ QALDIĞI ÜNVANDA ÖZÜNÜ ASIB

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Naximov küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt