Əsas Səhifə > Siyasət, Manşet > İVANAŞVİLİ HÖKUMƏTİNDƏN DAHA BİR İYRƏNCLİK
İVANAŞVİLİ HÖKUMƏTİNDƏN DAHA BİR İYRƏNCLİK23-04-2013, 09:21 |
GÜRCÜSTANDAKI AZƏRBAYCAN TÜRKLƏRİ TƏHDİD OLUNUR: TƏHLÜKƏ VAR DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin keçən ilin sonlarına yaxın Gürcüstanda ciddi problemlər yaşadığı hər kəsə məlumdur. Məlum olanı həm də o idi ki, Gürcüstanda «gürcü arzusu» koalisiyasının hakimiyyətə gəlişi ilə təkcə zərər görəni ARDNŞ prezidentinin şəxsi biznesi deyildi, həm də bu ölkənin yanacaq biznesinə böyük pullar yatıran Azərbaycan dövləti idi. Bidzina İvanaşvilinin iqtidar kürsüsünə sahiblənməsinin ardından il kişi ARDNŞ-nin Gürcüstan uzantısı olan «Socar Georgia»da yoxlamalar həyata keçirmək oldu. Və nəticədə sözügedən şirkətə qarşı 26 milyon lari (13 milyon ABŞ dolları) həcmində vergidən yayınma ittihamı irəli sürdü. Hətta gürcü vergi polisinin təqibindən yaxa qurtarmaq üçün Rövnəq Abdullayevin Gürcüstandakı biznesini yönəldən, «Socar Georgia»nın vitse-prezidenti Mahir Məmmədov Bakıya qaçmaq zorunda qaldı. Yaranmış problemin həlli üçün Tiflisə üz tutan Rövnəq Abdullayevin keçən ilin noyabrdakı səfərinin ardından İvanaşvili dekabr ayında Bakıya gəlməsilə problemlər həllini tapmış oldu. Əslində problemin kökü aydın idi. Yeni hökumət Saakaşvili dönəmində bağlanmış müqaviləni pozmaq təhdidi ilə rəsmi Bakıdan əlavə dividentlər qoparmaq niyyətində idi. İstəklərinə çatdılar da. Həm Bakı-Tiflis-Qars dəmiryolunun inşasının maliyyələşməsi üçün Bakı tərəfindən əlavə olaraq 175 milyon dollar ayrıldı və həm də «Socar Georgia»nın ortaqlığı İvanaşvilinin adamlarına verildi. Amma DİA.AZ-ın gürcü mətbuatından əldə etdiyi informasiyalardan aydın olur ki, «gürcü arzusu» hökuməti üçün bu da yetərli hesab olunmur və rəsmi Tiflis Bakıdan əlavə dividentlər qoparma yolunda yeni yollar axtarır. Bu faktı redaksiyamıza Gürcüstanda yaşayan soydaşlarımız da təsdiqləyib. Onların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, bu dəfə İvanaşvili daha da iyrənc üsula əl atmağı qəsd edib: «Neçə gündür ki, gürcülərin Kvemo-Kartli adlandırdıqları Borçalı bölgəsindəki Azərbaycan kəndlərinin sakinləri təhdid olunmaqdadır. Həm yerli gürcülər və həm də məqsədli olaraq həmin kəndlərə gələn gürcülər soydaşlarımızı təhdid edir, onları Azərbaycana köçməyə vadar etməyə çalışırlar». Bu hadisə ilə əlaqədar redaksiyamıza danışan Gürcüstandakı soydaşlarımızdan biri bildirdi ki, əslində gürcülər də yaxşı bilir ki, Gürcüstanda nüfuz sayısı artıq 1 milyona yaxınlaşan Azərbaycan türklərinin Gürcüstandan köçürülməsi imkansızdır: «Ola bilsin ki, onlar bu yolla əlavə nəsə qoparmaq, hansısa güzəştə nail olmaq istəyirlər. Bəlkə də azərbaycanlılar yaşayan ərazilərdə quruculuq işlərini Azərbaycan dövlətinin boynuna qoymağı planlaşdırırlar. Amma hələlik ortada olanı yerli əhalinin hədələnməsidir». Hər halda, bütün bu baş verənlərə Azərbaycanın biganə qalmayacağı şübhəsizdir. Geri qayıt |