Əsas Səhifə > Gündəm, Manşet > İRAN MƏTBUATI İQRAR ƏLİYEVİ GÖZÜMÜZƏ SOXUR
İRAN MƏTBUATI İQRAR ƏLİYEVİ GÖZÜMÜZƏ SOXUR23-04-2013, 08:47 |
SOVET TARİXÇİSİNİN TARİXİ KEÇMİŞİMİZƏ VURDUĞU YARA İNDİ DƏ SIZLAYIR DİA.AZ: - Yeniyetməliyi sovet quruluşunun dağılma ərəfəsinə düşənlər yaxşı xatırlayar ki, həmin illərdə orta və ali məktəblərdə tarix dərslərində az-çox savadı və məlumatı olan müəllimlər fərdi olaraq İqrar Əliyevin məhsulu olan «tarixi biliklərdən» imtina edər, şagird və tələbələrə əsl gerçək tarixi tədris edərdilər. Çünki sırf olaraq sovet ideologiyasının tələblərinə uyğun şəkildə tarixi keçmişimizi «arayaraq» qələmə alan İqrar Əliyevin yazdıqlarından belə bir təəssürat yaranırdı ki, sanki yer üzündə Azərbaycan türkü adında millət olmayıb və bu millət hansısa etnosların qarışığının nəticəsidir. Əslində Azərbaycan türkünə bu şərəfsiz keçmişi sırımağa çalışanların özləri buna layiq idilər ki, bu məsələ də hər zaman yenidən tarixi keçmişimizi qələmə alan tarixçilərimizin, alimlərimizin qarşısında bir nömrəli hədəf kimi dayanmalıdır. Amma maləsəf, ömürünü belə Azərbaycan Tarix İnstitutunun rəhbəri olaraq başa vuran İqrar Əliyevin həmin yazdığı böhtanlardan imtina olunmadığından, onun tariximizə caladığı cızma-qaralar günü bu gün də TARİXİ İNFORMASİYA kimi gələcəyimizi təqib etməkdə, ləkələməkdədir. DİA.AZ bildirir ki, bu da təbii ki, düşmənlərimiz üçün bir fürsət əhəmiyyətini daşımaqdadır. Elə buna görə də hər addımında Azərbaycan türkünü təhqir etməyi hədəfləyən İran adlanan məkandakı fars-molla rejimi indi də üstümüzə İqrar Əliyevin sovet dövründə tariximizə vurduğu yaraların qaysağını qopartmaqla gəlir, yenidən bizi təhqir etməkdədir. Hər halda, tarixçilərimiz məhz bu amili nəzərə alaraq əsl həqiqətlərin daha da ictimailəşməsi və kütləviləşməsi üçün konkret addımları atmaq zorundadırlar. Çünki keçmişini bilməyənlərin gələcəyinin şübhə altına düşməsi faktdır. Və biz də şübhəli gələcəkdən qurtula bilməyimiz və həmçinin özünüdərk istiqamətində ciddi addımları ata bilməyimiz üçün Azərbaycan türkünün gerçək tarixinin indiki və gələcək nəsillərə çatdırılması yönündə ciddi işləri həyata keçirmək zorundayıq. Hələliksə ortalıqda İqrar Əliyev kimilərinin vurduğu ləkələr var və bu ləkələr bu gün bir çamur kimi üzərimizə atılır. DİA.AZ olaraq fars-molla rejiminin antiAzərbaycan ruhlu əsas ruporu olan «AranNews» portalında yer almış bir məqaləni olduğu kimi diqqətinizə təqdim edirik. Hər halda, bu faktdan məsələnin nə yerdə olduğunu təxmin etmiş olacaqsınız: «Professor İqrar Əliyev Azərbaycan Respublikasının tarixşünas və dilçi alimlərindəndir. O, dəyərli təhqiqatları və yüksək elmi dərəcələri ilə keçmiş sovet ölkələri, İran və Türkiyə kimi ölkələrdə məşhurdur. “Tarix Aturpatakan” kitabı professor İqrar Əliyevin dəyərli və elmi əsərlərindəndir. Kitab 7 hissədən ibarətdir və Aturpatakan tarixindən bədii mövzuları açıqlayır. Kitabın qısa bir hissəsində belə yazılır: Məşhur alimlərdən bəziləri bu fikirdədirlər ki, Cənubi Azərbaycan ərazilərində bu günləri və orta əsrlərdə yayılmış İran ləhcələri qədim zamanlardan mövcud olmuş dillərdən qalmışdır. Hazırda İranın şimal-qərbindən və mərkəzində mövcud olan ləhcələr bu ərazilərdə bir ortaq dilin olmasınından xəbər verir. Olduqca əhəmiyyətlidir ki, orta əsrlərdə Azərbaycanda İran dilləri qrupu ilə rastlaşırıq və bu ərazilərin bu günkü iranlı dilləri də İranın şimal-qərb dilləri qrupuna aiddir və bir-birinə yaxın xüsusiyyətləri vardır. Bu əsasla demək olar ki, sözü gedən dillər mad dili və ya mad ləhcəsindən qalmadır. Əslində Azərbaycan ərazisində işlənmiş ləhcələr bunu göstərir ki, onlar nə orta əsrlərdə, nə də sonralar başqa yerdən bura gəlməyib, bəlkə burada olublar. Burada yeri vardır ki, “Azərbaycan” sözünün mənası barədə də danışaq. Çünki son zamanlar elmi və ictimai ədəbiyyatda bu adı Aturpatakanın dairəsindən ayırmağa çalışırlar. Bu da bizim torpaqlarımızda yaşayan nəsillərin düşüncəsini korlamaq və bizim Aturpatakanla olan mənəvi və qan bağlılığımızı qırmaq deməkdir. Bu söz bizim ölkəmizin bir çox tarixi məsələlərini izah edir və hər bir tarixçinin özünə hörmət qoyaraq vəzifəsini yerinə yetirməsini və yalnız tarixi həqiqətləri söyləməsini vacib edir. Azərbaycan adı son zamanlara kimi nəzər müxtəlifliyi olmayan adlar cərgəsində idi. Lakin son on ildə Azərbaycan Respublikasında bu ada yeni məna vermək məqsədilə çoxlu səylər edilib. Bu yeni fikir mütəxəssislər tərəfindən yox, elmdən çox uzaq və tarixdən xəbərsiz şəxslər tərəfindən ifadə edilir. Belə şəxslər qeyri-elmi işlərə əl atır və belə fikirləşirlər ki, raallıqdan uzaq sözlərlə elmi məsələləri həll etmək mümkündür! Onlar məsələni çox sadə tutmuş və kökü axtarmanın təhlilindən vaz keçərək, dilçiliyi öyrənmədən var qüvvələri ilə çalışırlar ki, türklərin mövcudluğunu bizim ərazilərimizdə qədimləşdirsinlər. Onlar hətta, öz təhlillərində Azərbaycan adını işlədirlər. Bu yolda öz güclərini sərf edənlər diqqət etmirlər ki, adın mənası bir millətin tarixini müəyyən etmək üçün əsas istinadlardan olsa da digər sənəd və əlamətlər olmadan təkcə bir ada əsaslanıb istinad etmək mümkün deyil və elm dairəsindən uzaqdır. Həmçinin bir xalqın dilin tapılmasına yeni məna vermək olmaz. Sadəlövhlüklə güman etmək olmaz ki, oxşar adlar tarixdə eyni olublar. Baxmayaraq ki, Azərbaycan adının kökünün türkcə olmasını yazanların heç bir dəlil və əsasları yoxdur, dilçilik və tarixşünaslıq baxımından da bu əsassız sözlərə cavab verməyə dəyməz. Lakin təəssüf olsun ki, bu “ideya” ciddi, elmi və ictimai ədəbiyyat kitablarında yer almışdır. Bu səbəb məni məcbur etmişdir ki, miladdan qabaq 4-3 cü yüzilliklərdə meydana çıxmış, hətta qədim və orta əsrlərdə əks olunan Azərbaycan anlayışı barədə elmi nöqtə-nəzərləri açıqlamağa çalışım. Aturpatakanın mənasından əlavə dili də iranlı olmuşdur. Zərdüşt dinin dili və təqribən bütün ictimai, iqtisadi, səyahəti və mədəni terminləri hamısı iranlı olub və buna Sasanilər dövrünün durumu dəlalət edir. Qədim dövrlərdə meydana çıxan Aturpatakan xalqı orta madlar dilində danışan hazırkı Azərbaycanın əhalisi deyil. Onlar məntəqənin yerli tayfaların uyğunlaşması nəticəsində meydana gələn yeni millət idi». Geri qayıt |