Əsas Səhifə > Güney Press / Manşet > YENİ TƏHSİL NAZİRİ İLƏ BAĞLI YENİ ŞOK FAKTLAR
YENİ TƏHSİL NAZİRİ İLƏ BAĞLI YENİ ŞOK FAKTLAR22-04-2013, 17:24 |
|
DİA.AZ: - Yeni təhsil naziri Mikayıl Cabbarovun gəlişinə sevinməyənlər də var. DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, gerçəkdən də indiki yüksəlişinə görə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə borclu olmalı olan Mikayıl Cabbarov əslində məhz Əliyev qardaşlarına qarşı getməsilə hakimiyyət olimpində ucalmağa müvəffəq olub. Elə buna görədir ki, bu gün həm məhbəsdə olan Fərhad və Rafiq Əliyevlərin və həm də elə azadlıqda olan digər qardaşlarının bu təyinatı içdən sevinərək qəbul etmələri heç cürə inandırıcı deyil. DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, bu gün yeni nazirin tərcümeyi-halı açıqlanarkən onun 1999-2002-ci illərdəki fəaliyyət dövrü В«özəl sektorda işləyibВ» şəklində izahlandırılır: В«Bunun açması isə В«AzpetrolВ»dur. Yəni həmin müddətdə Mikayıl Cabbarov В«AzpetrolВ»da işləyib. Ona ilk etimadı Rafiq Əliyev göstərib. Sonradan В«etibarlı adamВ» kimi Rafiq Əliyev Mikayıl Cabbarovu Fərhad Əliyevə təqdim edib və Fərhad Əliyev hətta onu nazir müavini postuna qədər yüksəldibВ». Mənbəmiz iddia edir ki, amma bu В«etimadВ» məsələsində Əliyev qardaşlarının nə qədər yanıldıqları sonradan bəlli olur: В«Fərhad Əliyev, Rafiq Əliyev 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunurlar. Onlara qarşı istintaqda ilk ifadəni verən, əsas şahid rolunu oynayan da elə bu В«etibarlı adamВ» olur. Nəticədə Mikayıl Cabbarov Fərhad Əliyevin digər qardaşı Əlipənah Əliyevin yerinə В«İçərişəhərВ» Qoruq İdarəsinə rəhbər təyin edilməklə mükafatlandırıldıВ». Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevin inşaat sektorunda bir nömrəli adamlarından biri olan və В«Ağ şəhər ZakirВ» kimi tanınan şəxslə bacanaq olan Mikayıl Cabbarov mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə əks cinahın kadrı kimi təqdim edilsə də, bu heç də belə deyil. Əksinə bu gün Ramiz Mehdiyevin şəxsən Mikayıl Cabbarovu təqdim etməsi təsadüfi deyildi. Və o özünün hələ də qüdrət sahibi olduğunu nümayiş etdirməyə çalışdı və bunu bacardıВ». Yazı ilə əlaqədar bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |