Əsas Səhifə > Güney Press / Manşet > GENERALLARIN SAVAŞI QARŞILIQLI HÜCUM FONUNDA

GENERALLARIN SAVAŞI QARŞILIQLI HÜCUM FONUNDA


22-04-2013, 16:59
GENERALLARIN SAVAŞI QARŞILIQLI HÜCUM FONUNDA
DİA.AZ: - Hakimiyyət içində generalların savaşı yenidən alovlanıb. Bu barədə DİA.AZ-a etibarlı mənbələr xəbər ötürüb. Qaynağın bildirdiyinə görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi general Vaqif Axundovla onun müavini, prezidentin şəxsi mühafizə idarəsinin rəisi general Bəylər Əyyubovun münasibətlərindəki gərginlik şiddətli xarakter alıb.

Xatırladaq ki, bu günlərdə XDMX-nin В«BettaВ» dəstəsinin komandiri, polkovnik Fikrət Rzayevin qardaşı oğlu Zaur Rzayev həbs olunub. Belə ki, ona qarşı rüşvətxorluq ittihamı irəli sürülüb.

DİA.AZ-a danışan mənbə iddia edir ki, Fikrət Rzayev Vaqif Axundovun ən yaxın adamlarından biri olmaqla yanaşı, XDMX daxilində В«MTN-çi ovuВ»nu həyata keçirən əsas fiqur da odur. Belə ki, XDMX-nin keçmiş əməkdaşı, В«MTN-nin şpionuВ» kimi idarədən qovulan və sonradan şərlənərək həbs olunan Asif Lətifov da məhz Fikrət Rzayevin güdazına getmişdi. İndi taleyin ironiyasına bax ki, Asif Lətifovla Zaur Rzayevin kamera yoldaşı olmaları barədə xəbərlər var.

Bu həbsin məhz Asif Lətifovun həbsinə cavab olduğunu bildirən mənbəmiz onu da əlavə etdi ki, XDMX-nin şərlənərək həbs olunan əməkdaşı Bəylər Əyyubova müraciət edərək haqqlarının bərpası üçün kömək istəmişdi: В«Bu müraciətdən sonra Vaqif Axundov Asif Lətifovu həbs etdirdi. Və indi məlumatın Bəylər Əyyubova da çatdırıldığı deyilir. Bundan sonra isə Zaur Rzayev həbs olunubВ».

Mənbəmiz bu həbslərdə əlaqənin olduğunu bildirməklə yanaşı, onu da vurğuladı ki, onsuz da gedişinə tədarük görülən Vaqif Axundovun Bəylər Əyyubova məğlub olacağı şübhəsizdir.

Geri qayıt