Əsas Səhifə > Partiya > “BUNU EDƏ BİLSƏK, NƏTİCƏ REALLAŞA BİLƏR"

“BUNU EDƏ BİLSƏK, NƏTİCƏ REALLAŞA BİLƏR"


6-12-2011, 12:54
“BUNU EDƏ BİLSƏK, NƏTİCƏ REALLAŞA BİLƏR"

“ÜÇLƏR” YENİ BİRLİK YOLUNDA

"Yaratdığımız işçi qrupun formatının dəqiqləşdirilməsi və fəaliyyətə mümkün qədər aktiv başlaması istiqamətində çalışırıq".

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində bildirdi ki, bütün problemlərə rəğmən, müxalifət düşərgəsinin konsolidasiyası və bir araya gətirilməsi istiqamətində görülən işlər davam etdiriləcək.
"Son toplantıda işçi qrupun yaradılması və hər partiyanın bir nəfərlə təmsil olunması barədə qərar qəbul etdik. Ümumi qənaət və istəyimiz ilkin mərhələdəki işləri mümkün qədər tez başa vurmaqdır. Qrupumuzda təmsil olunmuş partiyalar nə etmək gərəkdiyini yaxşı bilirlər", - Ə.Əliyev dedi.

O, dedi ki, yaradılmış "Üçlər" qrupunun ilkin mərhələdə başlıca məqsədlərindən biri təsisat sənədlərinin hazırlanmasıdır.

"Təsis toplantısı keçirilənədək birliyin fəaliyyətini işçi qrup yönləndirəcək. Təsisat prosesini tezliklə bitirmək istəyirik. İctimai Palata və "Qarabağ" bloku ilə də əməkdaşlıqla bağlı müzakirələr nəzərdə tutulub. Heç olmasa, konkret məsələlər ətrafında müxalifətin daha geniş birliyinə nail olmaq istəyirik. Bunu edə bilsək, fikrimizcə, müəyyən nəticə reallaşa bilər", - VİP sədri söylədi.


Geri qayıt