Əsas Səhifə > Güney Press / Manşet > AĞSUNUN KEÇMİŞ RƏİSİNDƏN BİABIRÇILIQLAR
AĞSUNUN KEÇMİŞ RƏİSİNDƏN BİABIRÇILIQLAR22-04-2013, 16:31 |
![]() DİA.AZ: - Redaksiyamıza vətəndaş İsmayılova Əfsanə Əmircan qızı tərəfindən ilginc məktub daxil olub. DİA.AZ bildirir ki, bu barədə "gunxeber.com" portalı məlumat yayıb. Şikayətiçi məktubla ölkə rəhbrliyinə müracitə edir. Həmin məktubu təqdim edirik: “2006-cı ildə Göyçay rayon sakini Niftəliyev Seymur Eyvaz oğlu ilə ailə həyatı qrmuşam. İzdivacdan iki ay sonra Ağsu rayonunun (Maşadqanlı) ərazisində Ağalar Vahidovun fermasına çoban gəlmişik. Bizi fermaya Ağalar Vahidov şəxsən özü dəvət edib. Ağalar Vahidov bizə verəcəyi aylıq 400 manatı 100 manata endirdi. Çalışdığımız fermada 900 baş xırdabuynuzlu və 80 baş iribuynuzlu mal-qara var idi. Biz dolana bilmədiyimizi deyərək 100 manat məvacibə etiraz etdik. O, etrazımıza cavab olaraq yoldaşımı döyərək ağır xəsarətlər yetirdi. ![]() ![]() ![]() Yumruq zərbəsindən yoldaşımın ağzından 6 dişi qopub düşdü. Onuda əlavə edim ki, Ağalar Vahidov həmin vaxt Qəbələ rayon Yol Patrul Xidmətinin rəisi vəzifəsində çalışırdı. Vəzifəsindən sui-istifadə edən Ağalar Vahidovun bizə etdiyi zülümlərdən bezərək fermadan çıxmaq istədiyimizi bildirdik. Bu azumuzu 2009-cu ilin iyul ayında Ağalar Vahidov yoldaşımı Ağsu RPŞ-nə apartdırıb döydürməklə heç etdi. Ailəmizə qarşı fiziki təzyiq və zorakılıqdan sonra biz fermada qul kimi işləməyə başladıq. Buna baxmayaraq, Ağalar Vahidov ailəmizə qarşı zülümkarlığını davam etdirirdi. Belə ki, Ağalar Vahidov mənim üç aylıq hamilə olduğumu bildikdə (Azərbaycan Respublikası Ədliyə Nazirliyinin 12 saylı islah əməyi koloniyasında islah işləri üzərə dstə rəisi vəzifəsində çalışan) oğlu Rüstəm Vahidova və qızı Xalidə Vahidovaya göstəriş verərək məni məcbri maşına midirib Ağsu çəhər xəstəxansının doğum şöbəsinə apardılar. Bu hadisə 2012-ci ilin mart ayında baş verib. Təhminə adlı həkimə məni abort etdirdilər. Səbəb o didi ki, hamilə olduğum üçün yaxşı işləyə bilmirdim. Bu hadisədən xəbər tutan yoldaşım ruhi sarsıntı keçirdi və pisixaloji olaraq xəstə vəziyyətinə düşdü. Nəhayət Ağalar Vahidovun əzablarına dözə bilmədikdə 31.01.2013-cü il tarixində ev əşyalarımızı və bir baş minik atını Ağalar Vahidovun fermasında buraxaraq qaçmaq məcburiyyətində qaldıq. Hazırda biz ağac və kol-kos dibində gecəliyirik. Yaşayış yerimiz yoxdur. İki körpə uşağım var, onlarında səhəti normal deyil. Ağalar Vahidov əməllərindən çəkinməyərək bizi yenidən qul etməkdən ötürü guya 200 baş xırda buynuzlu heyvanını oğurladığımız haqda Ağsu RPŞ-nə şikayət ərizəsi verib. Odur ki, Sidən kömək gözləyirik”. Qeyd edək ki, bu məktubla bərabər əlimizdə şikayətçinin səs yazısı da var. Məsələ ilə bağlı. A.Vahidovun da mövqeyini öyrəndik. A.Vahidov bidlrdi ki, S.Niftəliyev Sabirabad rayonundan olan Çingiz adlı şəxslə birlikdə onun fermasından 189 baş qoyun oğurlayıb. Onun sözlərinə görə, bu hadisəyə gör Çingiz həbs olunub S.Niftəliyev isə axtarılır. İşə isə Ağsu rayon Prokurorluğunda baxılır. Geri qayıt |