Əsas Səhifə > Güney Press / Manşet > ŞAMAXIDA İCRA BAŞÇISI ÇARƏSİZ DURUMA DÜŞÜB

ŞAMAXIDA İCRA BAŞÇISI ÇARƏSİZ DURUMA DÜŞÜB


22-04-2013, 15:43
ŞAMAXIDA İCRA BAŞÇISI ÇARƏSİZ DURUMA DÜŞÜB
DİA.AZ: - Redaksiyamıza bu ilin fevral ayının 15-də Şamaxıya icra başçısı təyin olunan Asif Ağayevlə bağlı maraqlı bir fakt daxil olub.

Rayondakı qaynaqların DİA.AZ-a bildirdiyinə görə, icra başçısı gələndən sonra Ağayev bir sıra vəzifələrdə yenilik etmək istəsə də, buna nail ola bilməyib. Hətta 10 il ərzində rayonda icra başçısının müavini postunu tutan Ağamustafa Vahidovu belə yerindən tərpətməyə müvəffəq olmayıb.

Mənbənin söylədikləri: В«Əslində yeni icra başçısı yalışı elə ilk günlərdəcə buraxdı. Özü barəsində kifayət qədər В«dişsizВ» xarizması yaradan Asif Ağayev idarə müdirləri üzərində belə hakimiyyətini formalaşdıra bilmir. Bunun əvəzində isə bütün işləri Acamustafa Vahidov həyata keçirir.

Hətta başçı hansısa formada şəxsi təşəbbüslərini irəli sürməyə çalışanda müavin onu təpgi ilə qarşılayırВ». Mənbəmiz onu da əlavə etdi ki, icra başçısına dəfələrlə yerli sakinlərə qarşı da aqressiv siyasəti ilə diqqətə gələn Ağamustafa Vahidovla bağlı şikayətlər edilsə də, heç bir əncam çəkə bilmədiyini dolayı yollarla etiraf edib. Deyilənə görə, müavini PA-da dəstəkləyənlər var.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt