Əsas Səhifə > Gündəm, Manşet > KRESLOSU LAXLAYAN İKİNCİ NAZİRİN KİMLİYİ BƏLLİ OLDU

KRESLOSU LAXLAYAN İKİNCİ NAZİRİN KİMLİYİ BƏLLİ OLDU


22-04-2013, 10:29
KRESLOSU LAXLAYAN İKİNCİ NAZİRİN KİMLİYİ BƏLLİ OLDU
İSMƏT ABBASOV ÖZÜNƏ QARŞI KAMPANİYANIN DURDURULMASINA ÇALIŞIR

DİA.AZ: - Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun durumu gərgindir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaq məlumat verib. Mənbə iddia edir ki, hətta vəziyyət onun görəvdən alınması müstəvisinə qədər inkişaf edə bilər.

Xatırladaq ki, DİA.AZ olaraq keçən həftə iki nazirin əmrinin imzalanması üçün hazır olduğunu bildirmişdik. Və onlardan biri - keçmiş təhsil naziri Misir Mərdanovun məlumatı yaydığımız günün ertəsi vəzifəsindən azad edildi. Məlumatlı mənbə iddia edir ki, ikinci nazir İsmət Abbasovdur.

Onu da qeyd edək ki, İsmət Abbasovun bu yaxınlarda xaricdəki mülkləri ilə bağlı mətbuatda şok məlumatlar da yayıldı. Və bu məsələyə qayıdan mənbə iddia edir ki, həmin mülk xəbərinin ardından əl-ayağa düşən İsmət Abbasov təkzib xarakterli kampaniyasının aparılmasına da maraq göstərib. Amma qəzetlərlə aparılan danışıqlar uğursuz nəticələnib, heç bir qəzet nazirə özünə haqq qazandıra bilməsi üçün şərait yaratmayıb.

İsmət Abbasovun durumunun yaxın günlərdə izahlanacağını qeyd edən mənbə onu da əlavə etdi ki, bu ilki prezident seçkilərində vəzifə başında olmayacaq İsmət Abbasovun qurtuluş şansı yoxdur.

Geri qayıt