Əsas Səhifə > Siyasət, Manşet > HANSI İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILA BİLƏR?

HANSI İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILA BİLƏR?


22-04-2013, 09:14
HANSI İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILA BİLƏR?
NİZAMƏDDİN QULİYEVLƏ YANAŞI DAHA 4 BAŞÇI DA LİMİTİ DOLDURUB

DİA.AZ: - Neçə müddətdir ki, bir sıra rayon icra başçılarının da vəzifələrindən alınacaqları ilə bağlı xəbərləri verməkdəyik. Bu istiqamətdən DİA.AZ-a yeni informasiyalar daxil olub. Hökumət içindəki mötəbər mənbədən əldə etdiyimiz informasiyalara görə, yaxın qısa zaman içində 5 rayonun icra başçısı vəzifəsindən azad olunacaq.

Mənbəmiz bildirir ki, həmin icra başçıları əsasən yerlərdə narazılıq yaratmış rəhbərlər olsa da, yalnız Şəmkir rayonunda gözlənilən icra başçısı dəyişikliyi tamam fərqli mahiyyətdədir. Məlumatı verən qaynaq iddia edir ki, Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovun adı bu vaxta qədər müxtəlif krminial olaylarda belə çəkilib. İlk əvvəl «GEN» MMC işində adı sözügedən fırıldaqçı inşaat firmasının ortağı kimi hallandırılan Razim Məmmədov bu gün yenə də inşaat mafiyasının sifarişi ilə Xətai rayonunda yaşıllıqlara qənim kəsilməsilə diqqətə gəlməkdədir. Artıq onunla bağlı gediş qərarının verildiyi söylənilir.

Gediş ərəfəsində olan digər bir icra başçısı isə Goranboy rayonunun rəhbəri Nizaməddin Quliyevdir. Bu adamın kriminal çevrələrlə hansı məhrəm münasibətdə olması barədə kifayət qədər informasiyalar vermişik. Və aktivində bir iş adamının həbsi olan, eyni zamanda külli miqdarda büdcə pulunu mənimsədiyi iddiə olunan Nizaməddin Quliyevin yaxın zamanlarda təkcə vəzifəsindən alınması gözlənilmir. Mənbəmiz iddia edir ki, həm ona və həm də onun oğluna qarşı cinayət işinin açılacağı ehtimalları var: «Hələlik yekun qərar verilməyib. Amma Nizaməddin Quliyevin durumu olduqca ağırdır».

Şəmkir rayonunun icra başçısı kimi Xaçmazın rəhbəri Şəmsəddin Xanbabayev də ittiham olunmadan vəzifəsindən alınacaq. Bu barədə danışan mənbəmizə görə, Şəmsəddin Xanbabayev yaş senzi ilə əlaqədar olaraq vəzifəsini itirə bilər: «Artıq onun səhhəti də rayonu yönəltməsinə imkan yaratmır».

Böyük ittiham hədəflərindən biri də Cəliləbad rayonunun icra başçısı Əziz Əzizovdur. Məlumatlara görə, barəsində qalaq-qalaq dosyalar olan Əziz Əzizov bu gün qeyri-leqal sprit biznesi ilə yanaşı, həmçinin İran-Azərbaycan sərhəddində böyük idxal şəbəkəsini nəzarəti altında saxlayır. Hətta qeyri-rəsmi məlumatlara görə, Əziz Əzizov İranda illeqal spirtli içki biznesini təşkil edən fiqurlardan biri kimi hər il külli miqdarda qazanc əldə edir.

İndi isə bu adamın da vəzifə başında limitinin dolduğu söylənilir.

Geri qayıt