Əsas Səhifə > Güney Press / Manşet > YENİ NAZİRLƏ BAĞLI MÜƏLLİMLƏRİN İLK TƏŞƏBBÜSÜ
YENİ NAZİRLƏ BAĞLI MÜƏLLİMLƏRİN İLK TƏŞƏBBÜSÜ21-04-2013, 15:01 |
![]() DİA.AZ: - Təhsil naziri postunda baş verən dəyişiklik ictimaiyyət tərəfindən razılıqla qarşılanır - desək, yanılmarıq. Elə redaksiyamıza bir qrupp orta məktəb müəllimi adından edilən müraciətdən də anlaşılanı budur. DİA.AZ-a daxil olan və Bakı şəhərinin ayrı-ayrı orta məktəblərinin 57 müəllimi tərəfindən imzalanan məktubda deyilir: В«Biz, cənab prezidentin bu qərarını alqışlayırıq və inanırıq ki, yeni nazirimiz Misir Mərdanovun təhsildəki təhlükəli В«islahatlarınıВ» əvvəlki vəziyyətə çətinliklə də olsa, qaytarmağa müvəffəq olacaq. Bu gün ən böyük bəlamız dərsliklərdir. Sovetlər Birliyi vaxtından qalan dərsliklərdən imtinanı biz hələ zamanında yolverilməz hesab etmişdik və bununla bağlı ayrı-ayrı mətbuat orqanlarında müraciətlərimiz yayılmışdı. Söz yox ki, siyasi quruluş, dövr dəyişib və buna görə də dərsliklər yenilənməlidir. Amma əlifba, riyaziyyat və bu kimi digər dəqiq elmlərin fundamental olaraq yeniləşdirilməsi Azərbaycanın təhsil sisteminə hansı fəsadlara mail oldu - bunu ildən ilə ali məktəblərə qəbul zamanı aşağı salınan keçid ballarından da aydın şəkildə görmək olar. Bu gün Misir Mərdanovun qrif verdiyi dərsliklərlə yetişdirdiyimiz şagirdlər heç bir sahədə uğur əldə edə bilmirlər. Yalnız indvidual olaraq çalışan şagirdlərin nailiyyətlərinə rast gəlinir ki, bunun da çox sadə izahı var: ORTA MƏKTƏBLƏRDƏ DƏRS KEÇİLMİR, TƏRDİS SIFIR SƏVİYYƏSİNDƏDİR! Biz orta məktəb müəllimləri olaraq bunu etiraf edirik. Və bildiririk ki, yenicə olaraq nazir postuna əyləşən möhtərəm Mikayıl Cabbarovun il kişi məhz orta məktəblərdə təhsili, tədrisi bərpa etmək olmalıdır. Müəllimlərin evlərində, qruppalarda tədrisin yığışdırılması üçün ilk növbədə əməkhaqqıların artırılması və dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması yeni nazirimizin gündəmində olmalıdır. Bundan sonra onun bizimlə birgə uğur əldə edəcəyi şübhəsizdirВ». Onu da qeyd edək ki, məktub müəllifləri məlum səbəblərdən adlarının açıqlanmamasını da arzulayıblar ki, biz də DİA.AZ olaraq bunu nəzərə aldıq. Geri qayıt |