Əsas Səhifə > Cəmiyyət, Manşet > 72 AİLƏ KRANIN AĞZINA VERİLDİ

72 AİLƏ KRANIN AĞZINA VERİLDİ


5-12-2011, 18:06
72 AİLƏ KRANIN AĞZINA VERİLDİ

BAYRAQ MEYDANINDA SAKİNLƏRLƏ NÖVBƏTİ QARŞIDURMA

Saat 14.00 radələrində vətəndaşların evlərindən köçürülməsi üzrə növbəti əməliyyat başlayıb. 9 mərtəbəli evlərdən birinin sakinlərinin verdiyi məlumata görə, binanın yanına qaldırıcı kran gətirilib və icra hakimiyyəti və polis nümayəndələri sakinlərdən binanı tərk etməyi tələb ediblər.

Bu doqquzmərtəbəli binada 72 ailə (təxminən 200 nəfər) yaşayır. Onlardan 5-6 ailə hər kv metr üçün 1500 manat kompensasiya ilə razılaşaraq köçüblər. Qalan 65 ailə bu məbləğlə razılaşmırlar və mənzillərini tərk etməkdən imtina edirlər.

Xatırladaq ki, iki doqquzmərtəbəli binanın sakinlərinin köçürülməsi haqqında qərar bayraq ağacının binaların üzərinə aşması təhlükəsi ilə əlaqədar qəbul edilib. Sakinlərə yeni binalardakı mənzillərə köçmək və ya kompensasiya almaq təklif olunub. Amma bu şərtlər sakinlərin əksəriyyətini qane etməyib.

Geri qayıt