Əsas Səhifə > Hadisə > DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK

DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK


20-04-2013, 11:42
DAHA BİR ƏSGƏRİMİZİ İTİRDİK
YENƏ DƏ EHTİYATSIZ DAVRANMA

Azərbaycanın Milli Ordusunun əsgəri silahdan ehtiyatsız davrandığına görə vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən DİA.AZ-a daxil olan məlumata görə, aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Fakt üzrə cinayət işi başlanılmışdır.

Geri qayıt