Əsas Səhifə > Gündəm, Manşet > TƏHSİL NAZİRLİYİNDƏ TOTAL KADR İSLAHATLARI

TƏHSİL NAZİRLİYİNDƏ TOTAL KADR İSLAHATLARI


20-04-2013, 10:59
TƏHSİL NAZİRLİYİNDƏ TOTAL KADR İSLAHATLARI
MİKAYIL CABBAROV NAZİRLİKDƏKİ MEHDİYEV ŞƏBƏKƏSİNİ DAĞITMALIDIR

DİA.AZ: - Beləliklə, Cabbar Mikayılov təhsil naziri postuna gətirildi. Əslində bu təyinatda bir neçə maraqlı niyyət diqqəti cəlb edir. İlk olaraq 1976-cı ildə doğulmuş bir gəncə etimadın göstərilməsi məsələsi diqqətçəkicidir. Hər halda, görünəni Cabbar Mikayılovdan çevik islahatlar niyyətidir.

Çünki son zamanlar ortaya çıxan faktlar da təsdiqlədi ki, Misir Mərdanov 15 illik karyerası boyunca Azərbaycan təhsilinin anasını rəsmən ağladıb və bu gün Azərbaycanda kor nəsillər seriyası yetişməkdədir. Hər halda, 15 illik müddət boyunca Mərdanov yetərincə zərər vurmağa fürsət tapıb.

Lakin burada daha çox mühüm olanı Misir Mərdanovun vurulmasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı məqamlardır. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə Misir Mərdanovun hələ 2005-ci ilin məşhur 17 Oktyabr həbslərindən sonra Mehdiyevin çətiri altına keçməsini xatırladaraq, onun keçmiş ağsaqqalı Əli İnsanova asi olmasının da qrnutluşunda müstəsna rol oynadığını qeyd etdi.

Mənbəmizin söylədikləri: «Misir Mərdanov Mehdiyev şəbəkəsində açar isimlərdən biri idi. Elə keçmiş ABU rektoru Elşad Abdullayevin açıqladığı faktlardan da aydın oldu ki, Mehdiyevin adından keçmiş rektora atılan pulları təhsil nazirliyində ona qaytarırlar. Yəni bu münasibətlərdəki məhrəmliyin və əlahiddəliyin bariz nümunəsi idi».

TƏHSİL NAZİRLİYİNDƏ TOTAL KADR İSLAHATLARI

Bildirək ki, Misir Mərdanovu əvəz edən kadr Mehdiyevə tamamən əks qütbdə dayanması faktı ilə də bir çox məqamların üzərinə işıq salmaqdadır. Mənbəmizə görə, Mikayıl Cabbarov həm təhsildəki biabırçılıqları islahat yolu ilə aradan qaldırmalıdır, həm də Mehdiyevə məxsus şəbəkəni darmadağın etməlidir: «Elə buna görə də TN-də ciddi kadr islahatlarının həyata keçiriləcəyi şəkksizdir. Əslində bir ildir təhsil nazirinin iki müavin postu boş qalıb. Və indii yeni nazir həm də boş qalan yerlərə öz adamlarını təyin edəcək, həm də Mehdiyevin adamlarının yerinə kadr tapmalı olacaq».

Geri qayıt