Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV TELEKANAL AÇMAĞA HAZIRLAŞIR

RƏSUL QULİYEV TELEKANAL AÇMAĞA HAZIRLAŞIR


5-12-2011, 17:15
RƏSUL QULİYEV TELEKANAL AÇMAĞA HAZIRLAŞIR

“TELEVİZİYANI QURMAĞI ƏN GECİ 2013-CÜ İLİN ƏVVƏLİNDƏ BAŞA ÇATDIRMALIYIQ”

Milli Məclisin keçmiş sədri, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev tərəfdarlarını Azərbaycanda yeni müxalifət telekanalnın açılması üçün Teleradio Şurasına müraciət etməyə çağırıb. DİA.AZ eks-spikerin rəsmi saytına istinadən bildirir ki, R.Quliyev bu barədə tərəfdarları ilə onlayn suallarına cavab verərəkən təklif edib.

Eks-spiker vurğulayıb ki, hər bir azərbaycanlının və ictimai qrupun TV açmağa ixtiyarı var. “Konstitusiya ilə ona hökümət bu işi qadağan edə bilməz. Mənim fikrincə, biz yubanmadan müraciət etməliyik. İcazə verilməsə, məhkəməyə getməliyik, axırda məsələ beynəlxalq məhkəməyə qaldırılmalıdır. Xaricdə yaşayan azərbaycanlıların aktivliyindən istifadə edib məhkəmədə bu işə baxmaq prosesini ən geci 2013-cü ilin əvvəlində başa çatdırmalıyıq”-deyə Rəsul Quliyev vurğulayıb.

Eks-spiker həmçinin tərəfdarlarını etiraz aksiyasi keçirmək huquqnun da olduğunu deyib və qeyd edib ki, hökümət camaatın bu haqqını da əlindən alıb.


Geri qayıt