Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOVUN İSTEFA XƏBƏRİ YAYILDI

MİSİR MƏRDANOVUN İSTEFA XƏBƏRİ YAYILDI


19-04-2013, 14:51
MİSİR MƏRDANOVUN İSTEFA XƏBƏRİ YAYILDI
DİA.AZ: - Təhsil naziri Misir Mərdanov bu gün səhər saatlarında gözlənilmədən Prezident Admnistrasiyasına dəvət olunub. Bu barədə TİA.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, bu dəvət səbəbsiz olmayıb və nazirin diqqətinə çatdırıblar ki, artıq onunla bağlı yekun qərar verilib. Belə ki, təhsil naziri Misir Mərdanovun diqqətinə çatdırılıb ki, o, istefaya göndərilib və bu axşam işdən çıxarılmasına dair prezidentin sərəncamı oxunacaq. Eyni zamanda, ona çatdırılıb ki, nazirlikdə yekun görüşünü keçirərək, onlarla vidalaşsın.

Mənbə yeni nazirin kimliyi barədə məlumatsız olduğunu da deyib.

Geri qayıt