Əsas Səhifə > Cəmiyyət > MƏHBUS JURNALİSTƏ VƏKİL TUTULDU

MƏHBUS JURNALİSTƏ VƏKİL TUTULDU


5-12-2011, 15:36
MƏHBUS JURNALİSTƏ VƏKİL TUTULDU

ELÇUN SADIQOV ÜÇÜN DAHA BİR HÜQUQ DAVASI

“Xural” qəzetinin cənub bölgəsində müxbiri Aydın Canıyevin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edəcək. “Media forum” saytına açıqlamasında vəkil Elçin Sadıqov deyib ki, müqavilə dekabrın 4-də Aydın Canıyevin qardaşı Şahəddin Canıyevlə imzalanıb.

Aydın Canıyev noyabrın 21-də Lənkəran Rayon Məhkəməsinin çıxardığı qərarla 3 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə təqsirli bilinib.

Elçin Sadıqov deyib ki, dekabrın 5-də Lənkəran Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib: “Xahiş etdim ki, işlə tanış olmaq üçün şərait yaradılsın. Çünki mən jurnalistin müdafiəsinə yenicə qoşulmuşam”.


Geri qayıt