Əsas Səhifə > Cəmiyyət > GƏNCƏ TƏHSİLİNİN BÖHRANLI GÜNLƏRİ

GƏNCƏ TƏHSİLİNİN BÖHRANLI GÜNLƏRİ


19-04-2013, 11:26
GƏNCƏ TƏHSİLİNİN BÖHRANLI GÜNLƏRİ
TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ DƏ İŞDƏN ÇIXARILIB

Gəncənin 31 saylı məktəbinin direktoru Əfqan Həsənovun ardınca adıçəkilən şəhərin təhsil şöbəsinin müdiri Zakir Hüseynovun işdən çıxarılması xəbəri yayılıb. Moderator.az-ın Gəncədəki mənbələrdən aldığı xəbərə görə, Zakir Hüseynovun işdən çıxarılmasına səbəb Əfqan Həsənovun vəzifəsindən azad olunmasına şagird və müəllimlərin etirazları olub. Qeyd edək ki, dünən 31 saylı məktəbin kollektivi direktorlarının işdən azad olunmasına etiraz ediblər. Görünür, məktəb kollektivinin etirazı icra başçısının təhsil şöbəsinin rəhbərinə qəzəbinə səbəb olub.

Xəbəri dəqiqləşdirməyə çalışacağıq.

Geri qayıt