Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > ŞƏKİDƏ TALANAN 2 MİLYONLUQ BÜDCƏ PULLARI

ŞƏKİDƏ TALANAN 2 MİLYONLUQ BÜDCƏ PULLARI


19-04-2013, 10:48
ŞƏKİDƏ TALANAN 2 MİLYONLUQ BÜDCƏ PULLARI
ELXAN USUBOVDAN YOL TƏMİRİ ADI ALTINDA İLGİNC MAXNİASİYA

DİA.AZ: - Rayonların abadlaşdırılması, yenidənqurulması və sair tədbirlər üçün hər il dövlət büdcəsindən milyonlarla manat pul ayrılır. Üstəlik, ildə bir dəfə də prezident öz fondundan milyon manatlarla ölçülən məbləğdə vəsait ayrılır. Amma yenə də rayonların əsas yollarını düzəltmək mümkün olmur ki, olmur.

DİA.AZ-ın məlumatına görə, bu barədə "TİA.AZ" portalında xəbər yer alıb. Məlumatda deyilir ki, analoji vəziyyət Şəki rayonunda yaşanır. Belə ki, hələ bir müddət əvvəl rayonun daxili yollarının düzəldilməsi və yenidənqurma işləri ilə əlaqədar rayona 2 milyon manat ayrılmışdı. Həmin pulun bir qisminə şəhərin mərkəzində park inşa edildiyi deyilsə də, böyük bir qisminin də yolların təmirinə sərf olunduğu vurğulanırdı. Amma bu gün Şəkinin mərkəzi küçələrində əmələ gəlmiş çuxurlar o qədər diqqəti çəkir ki, bu yolların nəinki düzəldildiyi, heç yanından keçilmədiyi qənaəti meydana çıxır.

Şəkidən aldığımız məlumata görə, ayrılmış 2 milyon manat icra başçısının güdazına gedib. Mənbə deyir ki, Elxan Usubov rayona rəhbər təyin olunandan sonra təkcə bu 2 milyon manat deyil, çox pulların taleyi qaranlıq olub. Onun sözlərinə görə, 2011-ci ildən etibarən Şəkidə abadlıq işləri adı altında sahibkarlardan yığılan pullar da it-bata düşüb. Belə ki, icra başçısı bütün dükan sahiblərinə öz dükanlarının qarşısını və oradan keçən yolları düzəltdirməyi tapşırıb. Bunun üçün vəsaiti də sahibkarlar özləri sərf ediblər. Amma büdcədən bu məqsədlə pulların ayrıldığına dair məlumatlar var.
Məsələ ilə bağlı araşdırmamız davam edir.

Geri qayıt