Əsas Səhifə > Hadisə, Manşet > İKİ OLİQARXIN 1 MİLYARDLIQ LAYİHƏSİ

İKİ OLİQARXIN 1 MİLYARDLIQ LAYİHƏSİ


5-12-2011, 15:18
İKİ OLİQARXIN 1 MİLYARDLIQ LAYİHƏSİ

ZİYA MƏMMƏDOV VƏ RÖVNƏQ ABDULLAYEVDƏN ORTAQ PROJE

DİA.AZ: - Artıq neçə gündür ki, metronun «Məşədi Əzizbəyov» stansiyası sərnişinlərin giriş çıxışı üçün bağlanıb. Əsaslı təmir işləri çərçivəsində stansiyanın hazırkı çıxışı ləğv edilib, yenisi tikilir. İctimaiyyətə açıqlanan layihədən belə aydın olur ki, təmirdən sonra bu, Bakıda şüşə konstruksiyalı ikinci metro stansiyası olacaq. Stansiyada aparılan təmir abadlıq işlərinin keyfiyyəti və bu prosesin

«Əzizbəyov»un təmiri üçün büdcədən 6 milyon manat ayrılıb. Təmir-tikinti işlərinə 100-dən çox fəhlə cəlb edilib. Bu ilin sonuna qədər işlərin yekunlaşacağı deyilir.

Gəzən söz-söhbətə görə təmir işlərindən sonra «Əzizbəyov» metrostansiyasının adı da dəyişdiriləcək. Hətta bu haqda rəsmi xəbərlər də var. Metropolitenin rəisi Tağı Əhmədov açıqlamasında 3 ad üzərində müzakirələr getdiyini deyib: «Heydər Əliyev», «Böyükşor» və «Xəzər». Stansiyanın Heydər Əliyev prospektində yerləşdiyini nəzərə alsaq, birinci variant daha inandırıcı görünür.

Stansiyanın təkcə giriş-çıxışı deyil, ətrafı da yenidən qurulur. Ətrafdakı onlarla obyekt sökülərək, ərazi hasara alınıb. Orada gedən işlərdən belə məlum olur ki, yaxınlıqda park salınacaq. Bir müddət əvvəl Heydər Əliyev prospektindəki binaların bir hissəsi sökülmüş, qalanına da yeni üzlük vurulmuşdu. Həmin ərəfədə «Əzizbəyov»un ikinci çıxışı da təmir edilmişdi. Məlumata görə, bu təmir üçün 1 milyon manat ayrılmışdı. Üstündən çox keçməyib, amma 1 milyon vəsait sərf olunmuş keçidi yerlə-yeksan eləyiblər. Həmin çıxış, ümumiyyətlə, bağlanıb, üstü isə asfaltlanır.

Bundan başqa, «Əzizbəyov» dairəsi ətrafında yaşayan 100-ə yaxın ailə köçürüldü. Çünki məmur-oliqarxlar burada dəyəri milyonlarla ölçülən layihələr həyata keçirməyi planlaşdırırdılar. Bu sırada Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və nəqliyyat naziri Ziya Məmmədovun adı çəkilir. İnsanların evlərindən didərgin salınmasını hərəsi bir cür izah edir. Nəqliyyat Nazirliyi tikilməkdə olan yol qovşağının altında köhnə evlərin olmasının əleyhinədir, metropoliten rəhbərliyi stansiyanın görkəmini dəyişməyə başladığı üçün ərazidə bu tip evləri görmək istəmir, Dövlət Neft Şirkəti isə Böyükşor gölünü qurudub, yerində 60 minlik futbol stadionu tikmək niyyətindədir. Həmin ərazidə bu layihələrin gerçəkləşdirilməsi Azərbaycan büdcəsinə 1 milyarddan baha başa gələcək.

Geri qayıt